Gündəm

Rafiq Quliyevi KİMSƏ DURDURA BİLMİR?

MUMtv.az: - Rafiq Quliyev Xətai rayon İcra Hakimiyyətinə 12 noyabr 2019-cu il tarixdə təyin olunub. Amma rayona yad adam deyil, əmək fəaliyyətinə də elə buruda başlayıb, 2013-2019-cu illərdə başçının müavini və birinci müavini vəzifələrində çalışıb. Bunları niyə xatırladırıq?

Son bir neçə gündür elektron kütləvi informasiya vasitələrində Xətai rayonu ərazisində, müxtəlif yerlərdə, küçələrdə yaşıllıqların məhv edilməsi ilə bağlı çoxsaylı məlumaylar yayılır. Google axtarış sistemi üzərindən apardığımız araşdırmalarda Xətai rayonu ərazisində ağacların qanunsuz kəsilməsinin son günlər deyil, hələ bir neçə il əvvəllər də baş verdiyini açıqlayan məlumatlar üzə çıxdı. Bu isə onu göstərir ki, rayon ərazisində ağaclar hələ Rafiq Quliyev icra başçısı olmamışdan da kəsilirmiş və birinci müavin kimi bunlardan xəbərsiz olmayıb. Bəs İcra başçısı olduqdan sonra Rafiq Quliyev bu kimi hallara görəsən niyə rəvac verir? Axı ölkə başçısı İlham Əliyev ona etimad göstərərək vəzifəsini bir pillə də qaldırıb. Onun da borcu hər bir sahədə ölkə başçısının etimadını doğrultmaqdır. O cümlədən də cavabdeh olduğu ərazilərdə yaşıllıqların qorunub saxlanılması işlərində.

Amma görün bu günlərdə nə baş verib? Məlum olduğu kimi bir müddət əvvəl Prezident İlham Əliyev Xətai rayon ərazisində, Ukraina dairəsinin yaxınlığında yeni ASAN xidmətin açılışını etdi. Həmin ASAN xidmətin yaxınlığındakı, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranın sahibi sanki prezidentin buraya gəlib, getməsini gözləyirmiş. Deyilənlərə görə dəfələrlə icra hakimiyyətinin dəhlizində Sabir müəllimin sənədinin gecikməsi müzakirə olunanda hamı “acılışdan sonraya qaldı” deyirmiş. Elə də olur. Yuxarıda göstərdiyimiz ünvanda yeni ASAN xidmətin açılışından bir qədər sonra “El Chacho” restoranın ətrafında ağaclar yavaş-yavaş seyrəlməyə başlayır. Məlum olur ki, seyrələn ağacların yerində “El Chacho” restoranın sahibi əlavə məkan tikməyə başlayır. Qeyd edək ki, ərazidə tikilmiş və yavaş-yavaş genişlənən restoran daha əvvəllər də yaşıllıqlarin məhv edilməsi hesabına inşa edilib. Və o dovrün peyk şəkillərinə baxılsa həmin yaşıllıqda necə illik şam ağaclarının məhv edildiyi aşkar olunar.

Məlumatlara görə restoranın sahibi Sabir adlı şəxs keçmiş Baş prokuror Zakir Qaralovun yaxın adamlarından olub Xətai rayonundakı bir çox işlərinə ortaqlıq edən məhşur iş adamıdı. Restoranın tikilərək ərsəyə gəldiyi dövrlərdə ona Zakir Qaralov arxalıq edib. Zakir Qaralov Baş prokurorluqdan getdikdən sonra şəriklərinin durumunun ağır olduğu bildirilsə də, “El Chacho” restoranın sahibinin timsalında bunun heç də belə olmadığı görsəndi. Qeyd etdiyimiz kimi O, “El Chacho”- nun ərazisini yaşıl soyqırım həyata kecirməklə genişləndirir. Deyək ki, əvvəllər ona Zakir Qaralov himayədarlıq edib. Bəs indi?

Məlum olduğu kimi paytaxtda yaşıllıqların qorunmasına birbaşa nəzarət edən qurum Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyidir. Bu qurum paytaxtda yeni yaşıllıqların salınması ilə yanaşı, qurumuş ağacların da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qaydada budanmasını, kəsilməsini həyata keçirir. Əlbəttə bunlar rəsmi şəkildə olan qaydalardır. Amma qeyri rəsmi nələr baş vermir? Yuxarıda qeyd edilən dövlət qurumları ilə əvvəlcədən razılaşdırıldaqdan sonra nəinki Xətai rayonunda, hətta Bakı şəhərinin istənilən yerində, istənilən sayda ağac kəsilir. Buna sadəcə göz yummaq bəs edir. Elə “El Chacho” restoranın ətrafında baş verənlərə də bir yerdə göz yumurlar. Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Həsrət Əmrahovla, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevlə və digər aidiyyatı qurumların rəhbərləri ilə birlikdə.

Qeyd edək ki, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra paytaxtın yaşıllaşdırma işlərinə cavabdeh olan qurumda bir neçə dəfə kadr dəyişikliyi aparıb. Yaşıllaşdırma Təsərrüfatı Birliyinə uzun müddət rəhbərlik etmiş Vaqif Novruzovla işləyə bilməyən Eldar Əzizov əvvəlcə Elşən Məmmədzadəni sözügedən idarəyə direktor təyin etdi. Daha sonra onu tutduğu vəzifədən kənarlaşdıraraq özünə daha yaxın şəxslərdən olan, İcra Hakimiyyətinin maliyyə sektorunda çalışmış Həsrət Əmrahovu təyin edib. Verilən məlumatlara görə, Elşən Məmmədzadə sıradan bir şəxs olduğundan və Eldar Əzizovun bir çox qanunsuz tələblərini yerinə yetirməməsi ucbatından tutduğu vəzifədə çox qala bilməyib. Amma Eldar Əzizovun yeni kadrı Həsrət Əmrahov bir xeyli işgüzar çıxıb, özünə yeni komanda da yaradıb. İstənilən qanunsuzluqlara gedir deyirlər.

“El Chacho” restoranın ətrafındakı yaşıllıqların məhv edilməsinə gəlincə. Restoranın sahibi Sabir müəllimlə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin işbirliyi çoxdan olub. Zakir Qaralov vəzifəsini tərk etdikdən sonra restoran sahibinə himayədarlıq başçı Rafiq Quliyevə keçib. Eldar Əzizovun yeni kadrı Həsrət Əmrahov da ağacların kəsilməsində onlara köməklik göstərir.
Aktualinfo.org

Son xəbərlər

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu

İsraili hər zaman dəstəkləyəcəyik - Bayden

Nazirlik hər kəsə 200 AZN verir? - AÇIQLAMA

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Bütün xəbərlər