Gündəm

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

"Tənqidlərimizə cavab olaraq AYNA məlumat yayıb. Məlumatda qeyd olunub ki, qurumun balansında olan yeraltı parklanma məntəqələrində ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir. Bildirilib ki, AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik - 4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir. Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə parklanmalarda qiymət artımına səbəb parklanma məntəqələrinin fəaliyyəti zamanı daxilolmaların xərcləri tam qarşılamamasıdır”.

"MUMtv.az" Pravda.az-a istinadən xəbər verir ki, bunu ekspert Natiq Cəfərli AYNA-nın yaydığı məlumatı şərh edərkən deyib.

"Dolayıblar bizi, əslində düz edirlər, onların vətəndaş qarşısında heç bir öhdəliyi, cavabdehliyi yoxdur. Allah qoymasa, guya, rəqəmləri “yumşaltmaq”, az göstərməyə, qəpik-qruşa çevirmək istəyiblər, amma ağlımızla, məntiqmizlə oynayırlar – yüksək tarifli aylıq ödənişi saata çevirib 20 qəpik olduğunu deyirlər, daha niyə utanırlar ki, lap irəli gedib rəqəmlərlə rəqs etməkdə davam etsinlər, desinlər ki, nə problem var, dəqiqəsi cəmi 0,33 qəpik edir, hətta saniyəyə çevirsələr daha da qabağa düşərlər" - N.Cəfərli qeyd edib.

Ekspert şərhində bildirib ki, əsas səbəb kimi də deyiblər ki, yığdıqları xərclərini qarşılamır: "Belə açıqlama olur?! Elə bil kimsə deyir ki, qonşumun yanından çiban çıxıb deyə, mənim maşınımın təkəri buraxıb! Ay müəllimlər, o zaman deyin görək sizin günlük-aylıq yığdığınız pul nə qədərdir, günlük-aylıq xərciniz nəmənədir?! Yəni, belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox!"


Son xəbərlər

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

Bütün xəbərlər