Gündəm
Gündəm / Cəmiyyət
AYNA şefinin PARKLAMA BAZARI... - ETİRAZ
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tələbəsi olduğu Azərbaycan Milli Konservatoriyasının önünün ödənişli parklanma ərazisinə çevrilməsindən şikayət edib.
"MUMtv.az" KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib.
O, tələbələrin təhsil aldığı yerin qarşısında ödənişli dayanacağın olmasını düzgün hesab etmədiyini bildirib:
“Bura bulvar, restoran, nə də ki, şadlıq sarayıdır. Tələbələr burada təhsil alırlar. Tutaq ki, biri qazanır, digəri isə qazanmır. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma səkkiz-doqquz saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələyə bir əncam qılasınız və kökündən həll edəsiniz. Belə olmaz axı, düşünmək lazımdır”.