Gündəm
Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial
Azərbaycanda siqaret bahalaşdı - Yeni qiymətlər
Bu gündən Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb.
"MUMtv.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, bütün növ siqaretlərin qiymətində 0.20-0.50 qəpik bahalaşma qeydə alınıb.
"Sobranie" siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlərin 0.20 qəpik qiyməti artırılıb.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib. Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilib.