Gündəm

Pensiyaçıların sayı niyə azalıb?

Ötən il pensiyaçıların sayı 18 min 200 nəfər azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvarın ilk gününə 1 milyon 96 min pensiyaçı qeydiyyatdan keçib. Bu, əhalinin 10.8 faizi pensiyaçı olması deməkdir. Onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

"MUMtv.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, bu barədə şərh verən deputat Vüqar Bayramov bildirib ki, pensiyaçıların sayının azalması səbəblərini müəyyənləşdirmək üçün pensiyaçıların strukturundakı dəyişikliklərə diqqət yetirmək lazımdır.

"DSK-nin Dövlət Sosial Müdafiə Fonduna istinadən paylaşdığı sonuncu məlumatda struktur üzrə dəyişiklik qeyd olunmasa da, digər mənbələrin statistikası ilə bu müqayisənin aparılması mümkündür. Belə ki, 2022-ci ilin yekunlarında yaşa görə pensiya alanların sayı 696 min 375 nəfər olub. 2024-cü ilin yanvarın 1-də isə bu rəqəm 701 min 440 nəfər təşkil edib.

Deməli, pensiya yaşını tamamlayaraq pensiyaya çıxanların sayında azalma yoxdur. Əksinə, yaşa görə pensiya alanların sayı 5 min 65 nəfər artıb.

Ötən ilin yekunlarında əlilliyə görə pensiya alanların sayı 258 min 656 nəfər olub. 2022-cü ilin sonuncu günü isə ölkədə 272 min 979 nəfər əllilliyə görə pensiya alıb. Bu isə o deməkdir ki, ötən il ərzində əlilliyə görə pensiya alanların sayı 14 min 323 nəfər azalıb.

Ailə başçısının itirilməsinə görə pensiya alanların sayı isə bu ilin ilk gününə 135 min 904 nəfər olub. Bir il öncə bu rəqəm 144 min 846 nəfər idi. Deməli, ailə başçısının itirilməsinə görə pensiya alanların sayı ötən il ərzində 8 min 942 nəfər azalıb. Bütövlükdə, əlilliyə və ailə başçısının itirilməsinə görə pensiya alanların sayı ötən il ərzində 23 min 265 nəfər azalıb.

Bu statistik təhlil göstərir ki, yaşa görə pensiya alanların sayında artımın olmasına baxmayaraq, digər iki əmək pensiyası üzrə azalma ümumi pensiya alanların sayını da azaldıb. Ötən il ərzində əlilliyə və ailə başçısının itirilməsinə görə pensiya alanların sayındakı 23 min 265 nəfər azalma ilə yaşa görə pensiyaçıların sayındakı 5 min 65 nəfər artımın fərqi 18 min 200 nəfər ümumi azalma ilə nəticələnib.

Təbii ki, pensiyaçıların sayındakı bu struktur dəyişikliyi pensiya islahatlarının daha da dərinləşdirilməsini, əlilliyə və ailə başçısının itirilməsinə görə pensiyaçıların sayının azalma səbəblərinin tam araşdırılmasını aktuallaşdırır”, - deputat şərhində bildirib.


Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər