Gündəm

Millət vəkilindən təqaüd artımı ilə bağlı mühüm AÇIQLAMA

MUMtv.az: - Bu ildən minimum pensiya ilə yanaşı, əmək pensyaları da ötən il üzrə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunacaq. İndeksasiya rəsmi elan olunan faizə uyğun pensiya məbləğinin artırılması anlamına gəlir.
Bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
Deputat bildirib ki, adətən illik rəsmi nominal orta aylıq əmək haqqındakı artım faizi cari ilin yanvar ayının ikinci yarısında elan edilir:
"Buna baxmayaraq, indeksasiya nəticəsində artımlar cari ilin yanvar ayının 1-dən hesablanır. Yəni, indeksasiya nəticəsində əmək pensiyasındakı artımlar yanvar ayından hesablanır. Ötən il Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə nominal orta aylıq əmək haqqında artım 11,4% olmuşdu və ötən ilin əvvəlində əmək pensiyalarının məbləği həmin fazə indeksləşdirilmişdi.
Artım məbləğinə gəldikdə isə, əmək pensiyaları əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə indeksləşdirilir. Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya sistemindəki dəyişikliklər nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləvğ olundu. Buna görə də pensiya məbləği tam olaraq indeksləşdirilir".
Millət vəkili qeyd edib ki, Maliyyə Nazirliyi bir müddət öncə 2021-ci ildə orta aylıq əmək haqqı 707,3 manatdan 742,8 manatadək yüksələcəyini proqnozlaşdırırdı. Bununla belə, illik artımın nisbətən çox olacağı güman edilir:
"Bu, ötən il orta aylıq əmək haqqının təxminən 5 faiz artması anlamına gəlir. Rəsmi göstərici elan olunduqdan sonra isə əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalanır və artımlar ilin əvvəlindən hesablanır. İndeksasiya pensiyaçıların 95%-ə qədərinə (1 milyon 100 min şəxs) şamil olunacaq. Qeyd edək ki, indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Bununla yanaşı, indeksləşdirmə əmək pensiyalarına edilən əlavələrə şamil edilmir.
Ötən il üzrə orta aylıq əmək haqqındakı artım rəsmi olaraq elan olunduqdan sonra hər bir pensiyaçı aldığı pensiya məbləğinin üzərinə həmin faizi artım kimi gəlməklə pensiyasının nə qədər artdığını özü də hesablaya biləcək".///Visiontv.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər