Gündəm

Dövlətə xəyanət edən qrumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO

Hər bir vətəndaşın borcudur ki,dövlətin qanunlarına itaət etsin. Necə ki,bir zamanlar Ulu öndər Heydər Əliyev buyurmuşdur ki,qanun hamı üçündür. İstər hakimiyyətin qurulmasında meydanlara çıxan olsun, istərsə də hansısa səlahiyyətli şəxs olsun qanun qarşısında hərkəs bərabərdir. Bu cür müdrik kəlamlardan sonra dövlətə və hakimiyyətə zidd gedən dövlət qurumları cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Bəs görəsən ölkəmizdə belə insanlar və yaxud dövlət qurumları varmı?

Qeyd olunan sualın cavabını düşünməyinizə gərək qalmadı, çünki artıq  "Kanal14.az” sözü gedən dövlət qurumlarının və bir neçə işbazların dövlət qanunlarına qarşı çıxdıqlarını aşkar etmişdir. Dəyərli izləyicilərimiz nəzərinizə çatdıraq ki,barəsində bəhs edəcəyimiz məsələ uzun müddətdir ki,sosial mediada yer almış Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin qanusuzluğa necə rəvac verməsi ilə bağlıdır. Çoxsaylı saytlarda bu qurum haqda bir neçə xoşagəlməz məlumatlar dərc olmunmuşdur. Onlardan ən dəhşətlisi Oğuz meşələrində çoxyaşlı ağacların biznes məqsədi ilə kəsilib daşınarkən, yayılan video görüntülərdir.

Dövlətə xəyanət edən qrumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO














 

 

 

Həmin məlumatlarda nazirliyin ən yüksək vəzifəsini zəpt etmiş nazir müavini Firdovsi Əliyev və ona yaxın olan Ağaqardaş Qaraşovun da adları xüsusi qeyd olunmuşdur. Təbii ki,bugünkü məlumatlar ucqar kəndlərdən deyil, şəhərin mərkəzi adlanan Tibilisi prospekti ərazisində bir neçə dövlət qurumunun qanuna zidd əməllərinin aşkar edilməsi ilə bağlıdır. Əməkdaşlarımız tərəfindən müəyyən olunan bu  ərazidə böyük sahəni əhatə edən çoxyaşlı sərf ağaclarının əksər hissəsini qanunsuz zəpt edən iş adamlarının kimlər olduğu üzə çıxdı. Əldə etdiyimiz məlumatlarda bildirilir ki,sözügedən ərazi Tibilisi prospektində yerləşən İST yanacaq doldurma məntəqəsinin sahibləridir. Deyilənlərə görə İST yanacaq doldurma məntəqələrinin hər biri 3 qardaşa məxsusdur. Əsas işlərin başında duran isə Həci Ramazan adlı şəxsin olduğu bildirilir.

Çox dəhşətli anlar burdadır ki,bu qanunsuz işə dövlətin bir sıra yüksək qurumları tərəfindən icazə verilmişdir. Bu qurumlardan ən başda duranı isə "meşə qatili” adlanan Ekalogiya və Təbii Sərvətlər Nazirliyidir. İndi diqqətinizə çatdıracağımız məlumatdan sonra hər şey sizlərə aydın şəkildə məlum olacaq. Bir qurup mətbuat nümayəndələri tərəfindən muəyyən olunan qanunsuz obyektdə çoxyaşlı ağacların inkişafını məhdudlaşdırılma görüntüsünə şahid olublar. Ağacların qanunsuz əhatəyə alındığını aydınlaşdırmaq üçün "Azərinfo.az” saytın rəhbəri tərəfindən Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə telefon əlaqəsi saxlayıb, hadisə ilə bağlı məlumat vermişdir. Bundan bir neçə gün sonra Bakı şəhər Ekalogiyaya Nəzarət idarəsinin iki məsul əməkdaşları Elman müəllim və digər əməkdaş "MUMTV.az”-ın rəhbəri ilə əraziyə baxış keçiriblər.

Dövlətə xəyanət edən qrumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO














 

 

 

 Aparılan baxış zamanı deyilənlərin hər biri öz əksini tapmışdır. Təəssüflər olsun ki,araşdırma zamanı qanunsuz obyekti inşa edənlər,aparılan yoxlamada iştirak etmədilər. Yoxlama zamanı nazirlik əməkdaşlarının suallarına cavab verən şəxslər, qanunsuz inşa olunmuş "KAFE” kimi fəaliyyət göstərən obyektin xəzinədarı və İST yanacaq doldurma məntəqəsinin növbə rəisi olmuşdur. Onların sözlərinə görə obyektin sahibləri hər dəqiqə burda olmurlar və bizim də səlahiyyətimiz çatmır ki,onlara zəng vurub bura çağıraq. Amma düşünürük ki,inşa olunan obyekt sahibləri qanunsuz əməllərinin ifşa olunduğunu bildikləri üçün, üzə çıxmaqdan çəkindilər.


Bunlar başa düşüləsi məsələlərdir ,amma əsas məsələ isə budur ki,şəhərin mərkəzində bu cür qanunsuz obyektin tikintisinə icazə verən dövlət qurumları dövlətin ali qanunlarını bir parça haram tikəyə dəyişirlər. Böyük sahəni əhatə edən nəhəng ağaclar, bir zamanlar insanların kölgələnmək üçün istirahət yeri kimi istifadə olunurdu. Amma bu gün isə bir qurup "Həci” titulun daşıyan işbazların istifadəsindədir.
Dəhşətlisi isə budur ki,dövlətin çörəyin yeyib isti kresloda boyunlarını yoğunladan bəzi məmurlar, cəmiyyətin maraqlarını düşünmək əvəzinə ciblərini düşünürlər.

Nəzərinizə çatdıraq ki,sözü gedən qanunsuz obyekt Yasamal rayonunda fəaliyyət göstərir. Bir mətləbidə diqqətinizə çatdıraq ki,bu qanunsuz işin baş tutmasında bir başa məsuliyyət daşıyan dövlət qurumları Bakı şəhər İH-ti,Yasamal rayon İH-ti,Bakı şəhər Yaşıllaşdırma idarəsi və ən əsası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Qorunması Deportamentinin direktoru Xalıqverdi Hüseynov, bu işdə məsuliyyət daşıyırlar.

Dövlət qanunlarına xəyanət edən dövlət quurum rəhbərləri gözlərini açıb baxmalıdırlar ki,hər zaman dövlətə və xalqa kəm baxanların axır aqibətləri heç də yaxşı olmur. Tövsiyyə edirik ki,vaxtında ayılın və etdiyiniz səhvi gec olmadan düzəldin..!

Məsələyə qayıdacağıq..!

"Kanal14.az”

Dövlətə xəyanət edən qrumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO
Dövlətə xəyanət edən qrumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO
Dövlətə xəyanət edən qrumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO
Dövlətə xəyanət edən qrumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO

Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər