Gündəm

Prezident seçkisindən sonra icra hakimiyyətləri ləğv olunacaq?

MUMtv.az: - Azərbaycanda keçiriləcək 7 fevral tarixli növbədənkənar prezident seçkilərindən sonra referendumun da olacağı barədə məlumat yayılıb.

Bununla bağlı müzakirə olunan məsələlər arasında ən çox diqqət çəkən inzibati-ərazi bölgüsündə dəyişiklik və İcra hakimiyyəti sturukturlarının ləğvi ilə bağlıdır.

Hesab olunur ki, mərkəzdən təyin olunacaq nümayəndələr tərəfindən idarə ediləcək vahidlərin sayının azaldılması həm dövlət resurslarının daha qənaətcil istifadəsinə, həm də ərazilərin inkişafında tarixi-coğrafi əlaqələrin insitutlaşmasına səbəb ola bilər.

Məlumat üçün bildirək ki, icra hakimiyyətlərinin ləğvi ilə bağlı müzakirələr yeni deyil. 2021-ci ilin yanvar ayının 19-da dövlət başçısının imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri institutu yaradılıb. Fərmanda qeyd olunub ki, məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət qurumlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır.

Artıq işğaldan azad edilən bəzi rayonlara xüsusi nümayəndələr təyin edilib. Bundan başqa, dövlət başçısı Naxçıvana prezidentin səlahiyyətli nümayəndəsini təyin edib. Prezident İlham Əliyev hələ ötən ilin mart ayında yeni idarəetmə modelinin bütün ölkə üzrə tətbiq olunmasının anonsunu da verib:

"Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir”,- dövlat başçısı vurğulayıb.

Bu məsələ seçkilərdən sonra İcra hakmiyyətlərinin ləğvi məsələsini yenidən gündəmə gətirir.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov Modern.az-a bildirib ki, prezident seçkilərindən sonra ölkədə həyata keçirilən islahatlar davam etdiriləcək:

"Təbii ki, bu islahatlar regional idarəçiliyi də əhatə edəcək. Qanunvericiliyin tələblərinə uyğun olaraq yeni hökumət formalaşdırılacaq. Ölkədə aparılan islahatlar fonunda İcra hakimiyyətlərin ləğvi də gündəmdədir. Amma qeyd edim ki, bunlar sadə qanunvericiliklə deyil, Konstitusiyaya dəyişikliklə edilməlidir.

İcra hakimiyyətlərinin statusu Azərbaycan Konstitusiyası ilə tənzimlənir. Ona görə də bu qurumların ləğv olunması üçün referundum keçirilməlidir. Bununla bağlı məsələnin isə gündəmdə olduğu barədə məlumatım yoxdur. Zərurət yaranarsa, xüsusi nümayəndəliklərin təyin olunması baş verə bilər. Artıq işğaldan azad edilən bəzi rayonlara xüsusi nümayəndələr təyin edilib. Bu üsul özünü doğruldur. Düşünürəm ki, ehtiyac yaranarsa, digər ərazilərdə də yaradıla bilər”,-deyə o bildirib.//qaynarinfo.az


Son xəbərlər

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

“Azərsu”da kütləvi ixtisarlar başlandı

Şərurlu İsfəndiyar saxlanıldı – Təfərrrüat

80 manat alan neçə müharibə veteranı var? — Rəsmi CAVAB

"Ermənistan rus qoşunlarına ehtiyac olmadığını elan edib" - Xandanyan

Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? — AÇIQLAMA

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edildi

Lavrov səhvən Putinə "uzunqulaq" dedi - VİDEO

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı

Mirzoyan Avropa Şurasının sessiyasında delimitasiyadan DANIŞDI

Cavanşir körpüsü sökülür - RƏSMİ

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

Bütün xəbərlər