Gündəm

İcra hakimiyyətlərinin əvəzinə VALİLİK SİSTEMİ YARADILIR? - TƏFƏRRÜAT

Azərbaycanda idaəretmənin optimallaşdırılması ilə bağlı son günlər başlanmış struktur islahatlarının əhatə dairəsi genişlənəcək. DİA.AZ xəbər verir ki, icra hakimiyyəti orqanları strukturlarının vahid regional mərkəzdə birləşdirilməsinin davamlı olacağı gözlənilir.

Artıq Prezidentin sərəncamları əsasında Təhsil Nazirliyinin 12 regional idarəsi yaradılıb. Təhsil idarələri əvvəlkindən fərqli olaraq, inzibati-ərazi bölgüsü əsasında deyil, iqtisadi rayonlar əsasında formalaşacaq. Diqqət çəkən mühüm məqamlardan biri isə ilk dəfə Azərbaycanda işğaldan azad edilmiş bölgələr və Şərqi Zəngəzur bölgələri üzrə regional təhsil idarələrinin yaradılmasıdır. Yəni Qarabağ və Şərqi Zəngəzur Təhsil idarələri yaradılıb. Qeyd edək ki, dekabrın 1-də Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Qarabağ iqtisadi rayonunda İşğaldan Azad edilmiş Ərazilər üzrə xüsusi nümayəndəsi təyin edilib. Bu təyinat Azərbaycanda idarəetmə sisteminin yeni modelinə keçidin başlanğıcı kimi şərh edilib. Artıq bu prosesin reallaşdığı müşahidə olunur.

Belə ki, bütün icra hakimiyyəti strukturları iqtisadi rayonlar üzrə vahid regional mərkəzlərdə birləşdirilir. Çox keçmədən Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin də bu islahata uyğunlaşdırılacağı gözlənilir. Hazırda ölkə üzrə 15 regional mədəniyyət idarəsi fəaliyyət göstərir. Dəyişiklikdən sonra mədəniyyət idarələrinin sayının 12-ə endiriləcəyi, yəni iqtisadi rayonların sayına uyğunlaşdırılacağı gözlənilir.

Təhsil sistemində olduğu kimi, mədəniyyət sahəsi üzrə də Qarabağ və Şərqi Zəngəzur Regional Mədəniyyət idarələrinin yaradılacağı istisna edilmir. Bu halda, Azərbaycanda mədəniyyət idarələrinin iqtisadi rayonlar üzrə birləşdirilməsi aşağıdakı bölgü üzrə həyata keçirilə bilər:

-Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında Abşeron – Xızı Regional Mədəniyyət İdarəsi;

- Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;

- Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi;

- Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Mədəniyyət İdarəsi;

- Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax – Tovuz Regional Mədəniyyət İdarəsi;

- Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon təhsil şöbələrinin əsasında Quba – Xaçmaz Regional Mədəniyyət İdarəsi;

- Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran - Astara Regional Mədəniyyət İdarəsi;

- Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;

- Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil - Muğan Regional Mədəniyyət İdarəsi;

- Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki - Zaqatala Regional Mədəniyyət İdarəsi; - Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi; - Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan - Salyan Regional Mədəniyyət İdarəsi.

Sözügedən islahatın əsas məqsədi icra hakimiyyəti orqanlarının vahid mərkəzdən və daha effektiv idarə edilməsinə nail olmaqdır. Hazırda bu proses aşağı strukturlarda gedir. Bu mərhələ başa çatdıqdan sonra Azərbaycanda yerli icra hakimiyyəti orqanlarının ləğv ediləcəyi və 12 iqtisadi rayon üzrə vahid mərkəzdə birləşdiriləcəyi gözlənilir. Bu, həm də dövlət büdcəsindən icra hakimiyyəti orqanlarına ayrılan büdcə vəsaitlərinin azaldılmasına imkan verəcək. Xatırladaq ki, analoji təkliflə hələ 2020-ci ilin sentyabr ayında millət vəkili Vahid Əhmədov çıxış etmişdi. O, 11 iqtisadi rayon üzrə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsinin vacibliyini bildirmişdi. Lakin sonradan Azərbaycan ərazilərinin işğaldan azad olunması bu rəqəmin 12-yə qədər artmasına gətirib çıxartdı. Yəni siyahıya Qarabağ və işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndəlik yaradıldı. Hətta gələcəkdə Prezidentin Şərqi Zəngəzur üzrə xüsusi nümayəndəsinin təyin olunacağı da istisna edilmir.

Son xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...

Bu dərman miqrendən qoruya bilər

"Bu məsələdə Bakı ilə əməkdaşlığa hazırıq" - Ermənistan XİN

Azərbaycanda bu işçilərin maaşları artdı

Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişdi

Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul edib

Azad edilmiş ərazilərdəki torpaqlar icarəyə veriləcək

Maraqlar təmin olunanda qanunsuz iş icraçıları qanun icraçılarını "kor" edə bilir - VİDEO

Mədə qıcqırmasını aradan qaldırmağın təbii yolları

Geomaqnit qasırğası olacaq

Qızıl və gümüş ucuzlaşdı

Zakir Əliyev vəfat edib

Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq

Bu günə olan valyuta məzənnələri

Litvada keçirilən parlament seçkilərində müxalifət qalib gəlib

Bütün xəbərlər