Gündəm
Gündəm / Siyasət
Ağdamda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
MUMtv.az "Report"a istinadən xəbər verir ki, sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.