Gündəm

 

Anar Əliyev: "Yeni sistem daha çevik bir idarəetmə institutunun formalaşdırılması istiqamətində atılan uğurlu addımdır”

Ölkə başçısı İlham Əliyevin fərmanına əsasən Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi və xüsusi nümayəndəsinin müavini vəzifələri təsis edilib. Fərmanla mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilən müvafiq ərazilərdə fəaliyyətlərini Prezidentin xüsusi nümayəndəsi ilə əlaqələndirilən qaydada həyata keçirəcəklər.

"Prezidentin yeni fərmanı bir neçə məqsədə xidmət edən və vaxtında atılan addımdır”.

Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev konkret.az-a açıqlamasında bildirib ki, Xüsusi Nümayəndəlik İnstitutunun yaradılmasında başlıca məqsəd ərazidə daha çevik idarəetmənin və informasiya təminatının təşkili ilə bağlıdır:

"Hər bir rayon üzrə icra hakimiyyəti sistemi mövcuddur. Amma bu sistemdən fərqli olaraq, Prezidentinin xüsusi nümayəndəsi yerli icra hakimiyyətləri tərəfindən aparılan işlərə, dövlət tərəfindən həyata keçirilən islahatlara, ümumiyyətlə yenidənqurma prosesinə birbaşa ölkə başçısının nəzarətini həyata keçirəcək. Bu baxımdan yeni sistem daha çevik bir idarəetmə institutunun formalaşdırılması istiqamətində atılan uğurlu addım kimi dəyərləndirilir”.

Anar Əliyevin sözlərinə görə, son günlər atılan addımlar korrupsiyaya qarşı mübarizənin hökumətin diqqət mərkəzində olduğunu deməyə əsas verir:

"İcra hakimiyyətlərində aparılan bir sıra dəyişikliklər, eyni zamanda xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən həbslər onu göstərir ki, bu sistemdə korrupsiya elementləri hələ də qalmaqdadır. Bu baxımdan Xüsusi Nümayəndəlik institutunun yaradılmasının digər bir məqsədi də, icra hakimiyyətlərinə nəzarət mexanizmini daha çevik həyata keçirməklə bağlı ola bilər”.

Natiq Cəfərli: "Ümid edirəm ki, yaradılan yeni sistemin yerli İcra Hakimiyyətlərinin tamamilə ləğvinə zəmin yaradacaq”

İqtisadçı Natiq Cəfərli isə yaradılan yeni sistemin yerli İcra Hakimiyyətlərinin tamamilə ləğvinə zəmin yaradacağına ümid etdiyini deyib:

"İşlək institutlar quraq, iflasa uğrayan icra hakimiyyəti institutunu ləğv edək, yerli özünüidarə institutu yaradaq. Ölkədə 12 (15 də ola bilər, baxır necə bölgü olacaq) iqtisadi bölgə təsis edək. Prezident isə bu 12 bölgədə öz nümayəndəsini təyin etsin, hökumət Parlamentdən çıxsın, sosial-iqtisadi məsələlərə hökumət baxsın. O zaman effektivlik dərhal müşahidə olunacaq”.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər