Gündəm

Taleh Qaraşovun oğlu, Kamaləddin Heydərovun polkovniki düyü oliqarxına çevrilir

MUMtv.az: - Lənkəranda fermerlərə çəltik əkməyə icazə verilmir. Cumhuriyyet.az xəbər verir ki, qaynarinfo-ya daxil olan məlumata görə, səbəb Lənkəranın icra başçısı Taleh Qaraşovun oğlu Samir Qaraşovun bu sahəni inhisara alması ilə bağlıdır.
Bildirilir ki, Samir Qaraşovun rəhbəri olduğu “Green East” MMC-nin Girdəni, Göyşaban, Veravul, Ürgə, Hirkan, Xolmili, Şıxəkəran, Siyavar, Separadi və digər yaşayış məntəqələrinə yaxın ərazilərdə çəltik sahələri var. Həmin sahələrdən əldə edilən məhsul “Avanqard”, “Haşimi”, “Okean”, “Besta”, “Meko”, “Qara düyü” adları altında satılır.
İddialara görə, şirkətə məxsus çəltik sahələri 800 hektardan çoxdur.

“Green East” MMC-nin düyü biznesi ilə məşğul olmasından dolayı şirkətə məxsus çəltik sahələrinə yaxın kəndlərdə bu bitikinin əkilməsinə icazə verilmir. Yalnız şirkətin maraqlarını təmin edən fermerlərin bu işlə məşğul olmasına şərait yaradılır.
Məlumat üçün deyək ki, dünyanın ekoloji cəhətdən ən təmiz düyüləri sırasıda yer alan Lənkəran düyüsü “Made in Azerbaijan” brendi altında yerli və xarici bazarlarda satılır.
Apardığımız araşdırmaya görə, “Green East” MMC 7 aprel 2017-ci ildə Bakı şəhəri Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61-də qeydiyya alınıb. Qaraşov Samir Taleh oğlu isə MMC-nin ilk qanuni təmsilçisi və böyük payçısı olub.

30 sentyabr 2019-cu ildə şirkətin hüquqi ünvanı və təmsilçisi dəyişib. Hazırda şirkət Lənkəran rayonu, Velədi kəndində qeydiyyatdadır. 5 dekabr 2022-ci ildə Samir Qaraşov Zeynalov Teymur Nazim oğlu ilə əvəzlənib.
“Green East” MMC-nin istehsal etdiyi düyü “Veravul”, “Girdəni”, “Green East” və digər markalarla satışa çıxarılır.

Teymur Zeynalov Lənkəranda düyü istehsalı ilə məşğul olan “Cənub Aqro” MMC-nin də qanuni təmsilçisidir. Güman edilir ki, bu şirkət də Qaraşovların nəzarətindədir.

Xatırladaq ki, Samir Qaraşov 2022-ci ilə kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Aydın olur ki, Samir Qaraşov məmur olmasına rəğmən biznes fəaliyyəti ilə mışğul olub. Halbuki, Azərbaycan qanunvericiliyi bunu qadağan edir. Qaynarinfo bu iddialarla bağlı Lənkəran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. Lakin qurumdan zənglərimizə cavab verən tapılmayıb. Qeyd edək ki, Taleh Qaraşov 2012-ci ildən Lənkərana rəhbərlik edir. Onun icra başçısı kimi kareyarsı isə 1996-cı ildən başlayır.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq bildirək ki, ötən ilin iyul ayında Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşova yüksək vəzifə verib.
KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.


Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər