Gündəm

“Lənkəran Xanı”nın KRİMİNALLAŞMIŞ KOMANDASI… – Taleh Qaraşovun kadrları budursa…

MUMtv.az: – Dünən məlum oldu ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun keçmiş müavini Xalid Rəhimov həbs olunub…

Rəsmi açıqlamalardan aydın olur ki, rayonun Gərmətük qəsəbəsi ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimovun idarə etdiyi avtomobil yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun içkili olduğu şübhəsi yarandığı üçün müvafiq müayinədən keçirilməli olduğu qeyd olunub. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən polis şöbəsinə aparılıb. Onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məsələ ilə bağlı mediaya bildirib ki, faktla bağlı cinayət işi başlanılıb və cinayət işinin istintaqının davam etdirilməsindən ötrü toplanmış material aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib. Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. O, hazırda Lənkəranın İH başçısı olan Taleh Qaraşovun ən yaxınlarından biri kimi tanınırdı.

“Lənkəran Xanı”nın KRİMİNALLAŞMIŞ KOMANDASI… – Taleh Qaraşovun kadrları budursa…


Xatırladırıq ki, T.Qaraşov 11 ildir Lənkəran İH-nin başçısıdır. O, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

İndi isə gələk, məsələnin qayəsinə… Hər halda, İcra Hakimiyyətinin müavini olmuş bir şəxs qanunlara əməl etmirsə, o, rayon əhalisi ilə necə işləyə bilərdi??? Görünəni odur ki, hörmətli Qaraşov cənablarının çevrəsində cəmlənənlər bu xarakterdədir. Çünki bu da ilk hadisə deyil və buna qədər Qaraşovun rəhbərliyi altında çalışan onlarla şəxs hüquqi məsuliyyətə cəlb olunub.

“Lənkəran Xanı”nın KRİMİNALLAŞMIŞ KOMANDASI… – Taleh Qaraşovun kadrları budursa…


Onlardan biri elə zamanında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini işləmiş Rasilə Əliyevadır. Onu da yəqin unutmamısınız. Lənkəranda məhz başçıya söykənərək açıq-aşkar QOÇULUQ edən bu xanım nəhayətdə gücünü bir məktəbli qızın üzərində nümayiş etdirdi ki, bu da ona BAHA BAŞA OTURDU…

Bəli, görünəni odur ki, Taleh Qaraşov özünə sırf kriminallaşmış bir komanda qurub. Beləsini isə yola vermirlər… yola salırlar…

Yoxsa, elə zənn edərlər ki, Taleh Qaraşov da eynən Vasif Talıbov kimi özünə xanlıq qurub və özünü LƏNKƏRAN XANI bilir…

***

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazııq.//Dia.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər