Gündəm

Lənkaranda icra başısı və oğlundan narazılıqlar artır - İLGİNC İDDİALAR




 
 
 




Azərbaycanda oliqarx məmurlar vətəndaşların, şəhid ailələrinin, məcburi köçkünlərin əsəblərini tarıma çəkib. Onların laqeydliyi ilə paralel olaraq lüks həyatı, xalqın sərvətləri hesabına milyonçu həyatı ikiqat qəzəb doğurur, təbəqləşmə dərinləşir. Axı niyə məmurlar və balaları zəngin həyat yaşamalı, vətəndaşlar isə ehtiyaclar içində olmalıdır?!

Bu günlərdə iki hadisə sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Biri Lənkəranın icra başçısı Taleh Qaraşovun vaxtı ilə şəhidin yasına pul verməməsi, digəri isə onun qardaşı oğlu və oğlunun son model bahalı avtomobili Bakıya gətirməsidir.

Bildirək ki, T.Qaraşov, əvvəl Kürdəmir, Cəlilabad, Neftçala və Astarada icra hakim olub. Qaraşov vəzifədə oldu müddətdə yığdığı pullarla oğlanlarına bahalı maşınlar alıb, dəyəri yüz min manatlarla ölçülən hədiyyələr verib.

Az vaxtda milyonçuya çevrilən Qaraşovların şəhidin, yetimin yasına pul ayrılmaması artıq deməyə söz qoymur.

Qaraşovlar klanından narazılıq edən təkcə şəhid ailəsi, yetim deyil, lənkəranlılardır. Hər kəs deyə bilər ki, preziden dəfələrlə Lənkərana səfər edib, bir sıra obyektləri açıb, rayona milyonlarla vəsait ayırıb.

Lakin T.Qaraşovun əməllərini dövlət başçısına çatdırmağa Lənkaran sakinlərə şərait yaradılmayıb. İmkan verilməyib ki, icra başçının kanalizasiya pulunu mənimsədiyi, xəstəxanın qabağını, şəhərin mərkəzi yerlərini satdığını desinlər, özünə Xanbulanda villa aldığını bildirsinlər.Lənkəranın yolları, ara məhəllələri bərbad vəziyyətdədir, icra başçısı görülən kosmetik işləri də baş həkimin, təhsil şöbəsinin, iş adamlarının puluna həyata keçirir. Bəs prezidentin lənkaranlıların rifahı üçün ayırdığı milyonlar Qaraşovlar hara daşıyıb bilən varmı!?

Milyonlarla mənimsəmə hesabına Qaraşovlar zəngin həyat yaşayır, bahalı maşınlarda gəzirlər. İcra başçısının oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib və iş adamlarına da qənim kəsilib. Belə ki, Qaraşovun "Hacı" ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir.

Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.Bundan başqa Seymur Qaraşovun adı son olaraq, Lənkəran Gənclər Mərkəzi ilə bağlı gündəmə gəlib.

Lənkərandakı Gənclər Mərkəzinin mülkiyyəçisi kimi adı keçən başçı oğlu Seymur Qaraşov mülkiyyətində olan həmin mərkəzə isə icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin oğlunun rəhbər təyin edilməsi nəzərdə tutulub. Daha doğrusu, başçının müavininin bu məqsədlə 30 min dollarından keçdiyinə dair iddialar var.

Xatırlayırsızsa Virtualaz.org saytının bir müddət öncə yaydığı xəbər gündəmə bomba kimi düşmüşdü. Həmin xəbərdə isə bildirilirdi ki, icra başçısı və övladları tez-tez xarici ölkələrdə istirahət edirlər: "Taleh Qaraşov bu il məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində keçirib. Azərbaycandan ailəvi Praqaya gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı jurnalistlərin diqqətini çəkmiəyə bilməzdi...

Xatırladaq ki, hesabat dövrlərində və bu gün mətbuatda adı ən çox hallanan İcra Hakimiyyəti başçı Taleh Qaraşovdur. Media sıralamasında
2-ci yeri tutan uzun ömürlü icra başçısı T. Qaraşovdan yazılanların bir qismini təqdim edirik:

"Lənkəran Olimpiya Kompleksinə müəmmalı təyinat - İTTİHAM”, "TALEH QARAŞOVUN RAMİN RƏHİMOVA VƏFA BORCU: ORTADA LƏNKƏRAN İDMAN KOMPLEKSİ - ETİRAZ”, "İcra Hakimiyyəti Lənkəran Olimpiya İdman Kompleksinə rəhbər təyinatı ilə bağlı məsələyə münasibət bildirib”, "Taleh Qaraşov oğlunu cinayətdən qurtarana vəzifə verdi: Prezidentin qarşısına çıxaracaq” və.s... Bu siyahını uzatmaqda olar. AMMA....
ardı var (Xeberfakt.az)

Son xəbərlər

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Bütün xəbərlər