Gündəm

Günəşdə son 7 ilin ən güclü alışması olub

Günəşdə son 7 ilin ən güclü alışması olub.

"MUMtv.az" xəbər verir ki, bu barədə Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd olunub ki, hesabat dövrü ərzində Günəş fəallığı artaraq 2023-cü ilin dekabrın 31-də 3536 oblastında X5.0 sinifli alışma qeydə alnmışdır. Bu alışma 2017-ci ildən sonra qeydə alınan ən güclü alışma olub. Alışma Günəş diskinin şərq limbində baş verdiyindən Yerə təsiri zəif olub. Həmçinin, alışma ilə bağlı R2-R3 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və IV tip radioemissiya və qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınıb. Hazırda Günəş ləkələrinin sayı artaraq, 10 ləkə qrupunda 171 ləkə və Tac dəlikləri müşahidə edilir.

Enerjisi 2 MeV-dən çox olan elektron seli orta səviyyədə olub. 10 MeV-dən çox enerji yüklü proton seli isə Günəş fəallığı ilə bağlı olaraq 03-06 yanvar tarixlərində yüksələrək S1 (maks: 25 pfu) dərəcəli radiasiya qasırğası baş verib.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 504 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 12 nT, radial istiqamətdə isə -11 nT olub. Hazırda Günəş küləyinin sürəti normaldır (317 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə -1 nT təşkil edir. Kp indeksi 1-ə bərabərdir, kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (08-14 yanvar) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir. Hələlik geoeffektiv Tac dəliyi axınları qeyd olunmur. Geomaqnit sahəsinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 08-09 yanvarda qeyri-sabit və aktiv səviyyələrdə, sonra isə sakit olacağı gözlənilir.

Son xəbərlər

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - FOTOLAR // VİDEO

İlham Əliyev Yan Vanmini qəbul etdi

Xalq artisti estetik cərrahı məhkəməyə verdi

Sürücülərin diqqətinə: Cərimələnə bilərsiniz - VİDEO

Həbsdən çıxan kimi ilk bu yerə getdi - FOTO

Rusiyada polis postuna silahlı hücum edildi - Ölənlər var

İntihar etməyi düşünən insanlar daha çox bu sözləri işlədir

Bütün xəbərlər