mumtv.az
mumtv.az

Güclü GÜNƏŞ FIRTINASI olacaq: 1859-cu ildə Yer kürəsini iflic etmişdi

13-10-2021, 15:21

Güclü GÜNƏŞ FIRTINASI olacaq: 1859-cu ildə Yer kürəsini iflic etmişdi
MUMtv.az: - Güclü Günəş fırtınasının planetimizə təsir edəcəyi gözlənilir.
Sonxeber.az-ın "Haber Global"a istinadən verdiyi məlumata görə, fırtına xüsusilə elektrik şəbəkələrinə təsir edəcək.
Günəş alovları və tac kütləsi atışları meydana gəldikdə elektrik keçirici plazmanın şiddətli partlaması baş verir.
ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) gözlənilən fırtınanı "G2" kimi dərəcələndirib. Yəni fırtına gücünün orta dərəcədə olacağı bildirilir.
Qeyd edək ki, dünyaya təsir edən ən böyük Günəş fırtınası 1859-cu ildə müşahidə olunub. Həmin il baş verən bu fırtına planetimizdə ciddi elektromaqnit problemlərin yaranmasına səbəb olaraq, Yer kürəsini iflic edib. R. Ç. Karrinqton tərəfindən müşahidə olunan bu hadisəyə "Karrinqton SuperFlam" da deyilir.
Digər mülayim günəş fırtınaları isə 1958, 1989 və 2000-ci illərdə olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA