Dünya

Planetlərin paradı başlayır -

4 iyul 2020-ci il tarixində Günəş sistemindəki bütün planetlər Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzüləcək. "Planetlərin paradı” adlanan bu düzülüş olduqca maraqlı və bir o qədər də valehedici astronomik hadisədir.

Mumtv.az ki, Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, "Planetlər paradı” Günəş sistemində iki formada olur: Kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir; Böyük planetlərin paradı - bu hadisə isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə yaşanır. Lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, "Planetlərin tam paradı” adlanır.

Cırtdan planet olaraq təsnif edilən Pluton və Günəş sistemində olan 8 planetin hamısı iyul ayının 4-də bir düz xətt halında olacaq. Lakin iyul ayı boyu davam edəcək planetlər paradı tam şəkildə görünməyəcək. Belə ki, Uran, Neptun və Pluton çox uzaq olduqları üçün adi gözlə görünmürlər. Mars, Yupiter, Saturn gecə vaxtı, Venera səhər saatlarında görünəcək, Merkuri isə Günəşə yaxın olduğu üçün görünməyəcək.

Bu astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Hansı ki, bu zaman Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. Digər bir tərəfdən isə planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, "Planetlərin paradı”nın bizim planetimiz və üzərindəki canlılara heç bir mənfi təsiri olmayacaq.

Sonuncu dəfə bu nadir astronomik hadisə 10 mart 1982-ci ildə baş vermişdi ki, həmin vaxt Günəş sistemindəki bütün planetlər Günəşdən eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıblar.

Qeyd edək ki, növbəti belə "Tam Planetlər Paradı”nın 2161 və 2492-ci ildə olacağı proqnozlaşdırılır.

(Metbuat.az)


Son xəbərlər

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Bütün xəbərlər