Gündəm

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...

MUMtv.az: - Mətbuatda 48 saylı notariat ofisinin xüsusi notariusu Səadət Hüseynovun Bakı şəhərində fərqli üç ünvanda, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin həyətində, bundan başqa “Meyvəli” deyilən yerdə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat İmtahan İdarəsinin həyətində və eləcə də Binəqədi şossesində də fəaliyyət göstərməsi barədə təəccüb doğuran informasiyalar dolaşır. Məsələ burasıdır ki, Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Sual olunur: Əgər Səadət Hüseynov bir ofisdə əyləşirsə, digər ofislərdə sadalanan qaydalara necə əməl olunur?”

Təbiidir ki, 48 saylı notariat ofisinin rəhbərinin bunca geniş səlahiyyəti Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi, bu idarənin notariat sahəsinə nəzarət edən rəis müavini Mehman Soltanov verib. Diqqətəlayiq haldır ki, Səadət Hüseynovun ofisinin məhz BDYPİ-nin strukturlarının həndəvərində fəaliyyət göstərməsi əsasən avtomobillə, sahiblik, etibarnamə və s. ilə bağlı əməliyyatların təsdiqi məsələlərinin cazibədar olması ilə əlaqədardır.

KİV həmçinin yazır ki, Səadət Hüseynov BDYPİ-nin siqnal idarəsinin rəisi Müşfiq Rəhimovun yeznəsidir. Müşfiq Rəhimov isə uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini işləyib. Belə çıxır ki, eyni müştərilər yeznə və qayının xidmətindən istifadə ediblər.

Bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırması üçün Səadət Hüseynova zəng vursaq da, telefonun dəstəyini qaldırmadı. Salamlaşma və ilk suallarımızı mesaj formasında göndərəndən sonra cavab əvəzinə ondan hədələyici mesaj aldıq: “Xahiş edirəm artıq dərəcədə narahat eləməyin. Mən sizi tanımıram, qoy bizdə sizə nəzarət edən ağsaqqaları narahat etməyək»

Qərara gəldik ki, Səadət Hüseynovla söhbətimizin davamını örtülü mesaj statusundan ictimai müstəviyə keçirək. Əlbəttə, S.Hüseynov jurnalistlərlə söhbət etməyi nəinki özünə, heç 50 min manat qiyməti olan telefon nömrəsinə sığışdırmır. Malik olduğu başqa daşınar və daşınmaz əmlakları, nəhayətsiz kapitalı demirik, təkcə o telefon nömrəsini quru maaşla alması üçün orta statistik məmur yarım ömür xərcləməlidir.
Mövzuya qayıdacağıq.//Dəryaz.az


Son xəbərlər

“Xaliq Faiqoğlu” hansı qaydaları pozub? – Şirkətə qarşı ittiham

QAZAX: SALLAQXANADA ƏVVƏL HEYVANI KƏSIR, SONRA CƏMDƏYINI “MÜAYINƏ” EDIRLƏR

«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar// Foto+Video

Gəncə Dövlət Universitetində yoxlama başlayıb

Həbsdə olan general Bəkir Orucovun cəzası bu səbəbdən azaldılıb

Deputatın oğlunun şirkəti bağlandı

“AzerGold” QSC-nin yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub

Nikahların 56 faizi qohumlar arasında baş tutur — Qohum evliliyi qadağan olunur?

Əziz Orucovun həbs müddəti uzadıldı

COP29-la bağlı vergi və ƏDV güzəştləri tətbiq ediləcək

"Bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar" - Prezident

Qubad İbadoğlu ilə bağlı QƏRAR VERİLDİ

Gömrük işçilərinə kompensasiya veriləcək

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək – Yeni qanun

Bu körpünün istismar qaydaları təsdiqləndi

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi üzrə protokol təsdiqləndi

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı

Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq

Bu tibb müəssisələrinə direktorlar təyin olundu

Rusiyada yaşayan miqrantlarla bağlı mühüm dəyişiklik

İki ölkə öz vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

İki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

"Ətdən hazırlandığı deyilir, amma ətdən ucuz satılır"

Cavanşir körpüsündən geriyə bu qaldı

Düşüncələrimiz sağlamlığımıza təsir edir - ARAŞDIRMA

ABŞ Rəisinin ölümünə görə İranı günahlandırdı

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT

“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK

Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?

İlham Əliyev sərəncam imzaladı

Bütün xəbərlər