Gündəm

Bu notariusda bizim qanunlar işləmir - İTTİHAM VAR

MUMtv.az: - Respublikada və paytaxt Bakıda barmaq hesabı saya gələn qədər notariat kontorları vardır ki, sanki onların qarşısında “yaşıl işıq” yandırılıb. Hansı dələduz kimin başına oyun açmaq istəyirsə, öz niyyətini məhz həmin notariuslar vasitəsilə həyata keçirir. Hansı daşı qaldırırsan, altından həmin notariusun adı çıxır. Belələrindən biri də Bakı şəhəri Xətai rayonu 6 saylı Notariat ofiisinin xüsusi notariusu İmanov Ərəstun Loğman oğludur. Adam "əlləm-qələm” işləri həyata keçirmək üçün qarşısında heç bir qanun sərhədi tanımır.

Bu günlərdə redaksiyamıza daxil olmuş məlumatda bildirilir ki, 6 saylı Notariat ofisinin rəhbəri şəxsiyyət vəsiqəsi təqdim etməyən mülkiyyətçinin adından başqa şəxsə əmlak etibar edilməsini təsdiqləyib. Əsas kimi baş etibarnamə verənin (Məmmədov Arif Qabil oğlu) şəxsiyyət vəsiqəsini deyil, sürücülük vəsiqəsinin rekvizitlərini götürüb. Bundan başqa, etibarnamə verilən şəxsin ( Bağırov Samir Raqifoviç) də həmin an şəxsiyyət vəsiqəsi üstündə olmayıb. Sənədin şəklini vatsapp vasitəsilə çəkib göndəriblər. Üstəgəl, təzələnməli olan etibarnamənin də vaxtı keçibmiş.

Etibarlı mənbənin verdiyi məlumata görə, notarius bu işi təmənna qarşılığında görüb. Məsələ ilə əlaqədar suallarımıza aydınlıq gətirmək məqsədilə 6 Saylı Notariat Ofisinin rəhbərlii ilə 0124902240 stasionar telefon nömrəsi ilə əlaqə yaratmaq cəhdimiz baş tutmadı. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanova zəng açdıq. Rəis müavini məsələni araşdırıb nəticəsi ilə bağlı bizi məlumatlandıracağını vəd etsə də, hələ də onun cavabı ləngiyir. Əlimizdə notarial qaydada təsdiqlənmiş etibarnamənin surəti vardır. Nə vaxtdan sürücülük vəsiqəsi şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul olunur” – bu suala cavab vermək isə ƏN-nin və Ərəstun İmanovun üzərində qalır. Əldə etdiyimiz məlumata görə, Ərəstun İmanovun özündən müştəbehliyinin tutarlı səbəbi var: Onun arxasında Böyük Dayaq durur. Oxucularımızla irəliləyən görüşlərimizdə həmin himayədarın kimliyini müəyyənləşdirib adını açıqlayacağıq.

P.S. Yuxarıda qeyd etdiyimiz faktları araşdırıb aydınlıq gətirmək üçün ilk öncə adı keçən notariusun rəhbərliyi ilə görüşüb həqiqətin nə dərəcədə doğru olub olmadığını dəqiqləşdirmək üçün idarənin müdiri Ərəstun İmanovu soruşduq. Onu əvəzləyən şəxs bildirdi ki, Ərəstun müəllim xaricə istirahətə gedib, yanvar ayının sonu gələcək. Əvəzedici notariusun müdiri ilə görüşən zaman otaqda olan dəllal qoçular əvvəl bizi şantaj etmək isədi. Sonradan hədə qorxu gəlməyə başladı. Biz məcbur olub Ədliyyə Naziri cənab Fikrət Məmmədova rəsmi məktubla müraciət etdik. Təəssüf ki, etdiyimiz müraciətdən bir aydan çox vaxt keçməsinə baxmayaraq nazirlikdən bizə heç bir cavab verilmədi. Əksinə, nazirliyin səlahiyyətli nümayəndəsi redaksiyamıza müraciət edən şikayətçi Arif Məmmədova zəng edib hədələyiblər ki, sən niyə gedib Ərəstun İmanovdan şikayət etmisən.

Görünür düşündüyümüz kimi də oldu. Ərəstun İmanova himayədarlıq edənlərin qolları gedib Ədliyyə Nazirliyinə də çıxıbmış. Yoxsa…

Mövzuya qayıdacağıq.
Dəryaz.az


Son xəbərlər

“Xaliq Faiqoğlu” hansı qaydaları pozub? – Şirkətə qarşı ittiham

QAZAX: SALLAQXANADA ƏVVƏL HEYVANI KƏSIR, SONRA CƏMDƏYINI “MÜAYINƏ” EDIRLƏR

«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar// Foto+Video

Gəncə Dövlət Universitetində yoxlama başlayıb

Həbsdə olan general Bəkir Orucovun cəzası bu səbəbdən azaldılıb

Deputatın oğlunun şirkəti bağlandı

“AzerGold” QSC-nin yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub

Nikahların 56 faizi qohumlar arasında baş tutur — Qohum evliliyi qadağan olunur?

Əziz Orucovun həbs müddəti uzadıldı

COP29-la bağlı vergi və ƏDV güzəştləri tətbiq ediləcək

"Bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar" - Prezident

Qubad İbadoğlu ilə bağlı QƏRAR VERİLDİ

Gömrük işçilərinə kompensasiya veriləcək

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək – Yeni qanun

Bu körpünün istismar qaydaları təsdiqləndi

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi üzrə protokol təsdiqləndi

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı

Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq

Bu tibb müəssisələrinə direktorlar təyin olundu

Rusiyada yaşayan miqrantlarla bağlı mühüm dəyişiklik

İki ölkə öz vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

İki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

"Ətdən hazırlandığı deyilir, amma ətdən ucuz satılır"

Cavanşir körpüsündən geriyə bu qaldı

Düşüncələrimiz sağlamlığımıza təsir edir - ARAŞDIRMA

ABŞ Rəisinin ölümünə görə İranı günahlandırdı

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT

“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK

Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?

İlham Əliyev sərəncam imzaladı

Bütün xəbərlər