Gündəm

Vəkil Fikrət Məmmədova bu qanunsuzluqla bağlı MÜRACİƏT ETDİ

Vəkillər Kollegiyasının üzvü Bayramov Bəhruz Front oğlu ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

"MUMtv.az" xəbər verir ki, Bəhruz Bayramov müvəkkili N.H-nın ödədiyi 282 min 630 manat pulun Səbail Rayon İcra Məmuru Aslanov Aslan Fuad oğlu tərəfindən qeydə alınmadığını bildirib. Onun sözlərinə görə, icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, 23.08.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu N.H.-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 18, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 15, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115-də yerləşən 15 kv.m qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi ev 99-da yerləşən 114 kv.m qeyri yaşayış sahəsi borcun qismən ödənilməsi hesabına tələbkar L.H.-ya verilməli və onun adına rəsmiləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edib.

Vəkil Bəhruz Bayramov nazirə ünvanladığı müraciətdə bunları bildirib:

"Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı 23.08.2017-ci il tarixli İcra sənədi üzrə borclunun nümayəndəsi olaraq Səbail Rayon İcra şöbəsində icra işində iştirak etmişəm. 17.03.2018-ci il tarixdə Səbail İcra Şöbəsi icraata başladıqdan sonra icra məmurunun razılığı ilə tələbkarın bank hesabına ödənişlər edilib. Ödənişlər 21.04.2018-11.07.2019-cu il tarixləri əhatə edib. Ödənilən məbləğin qəbzləri rəsmi qaydada icra məmuruna təqdim olunaraq və qəbul olunub.
Nümayəndəsi olduğum şəxsin tələbkar qarşısında hər hansı başqa öhdəlik, pul vəsaitinin ödənilməsinə dair icra sənədləri olmayıb. Ödənilən 282.630 manat pul vəsaitini Səbail Rayon İcra məmuru hesaba almır, ödənilən pul vəsaitlərinin təqdim olunan qəbzlərinə hər hansı münasibət bildirilmir. İcra məmuru qərarı vəsaitləri borclunun daşınmaz əmlaklarına yönəldir.
Cənab Nazir!
Sizə müraciətimdən sonra ümid edirəm ki, icra işi ilə bağlı baş vermiş bu ciddi qanun pozuntusu araşdırılacaq və bu iş üzrə ədalətli qərar qəbul ediləcək".

Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər