Gündəm

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı informasiya sistemi yaradılır

Prezident İlham Əliyev noyabrın 17-də “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Fərman imzalayıb.

"MUMtv.az" xəbər verir ki, Fərmana əsasən, daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədilə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılıb.

Sistem aşağıdakıları təmin edir:

- ərizəçinin daşınmaz əmlakın dövlət reyestrini və kadastrını tərtib edən və aparan quruma müraciətinin və ona əlavə edilən sənədlərin (məlumatların) qəbulu, emalı və nəticələrinə dair elektron sənədlərin, habelə məlumatların elektron qaydada verilməsini, eləcə də ərizəçilər tərəfindən müraciətlərin icra vəziyyətinin izlənilməsini;

- “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş sənədlərin (məlumatların), həmçinin daşınmaz əmlakın tarix və mədəniyyət abidəsi olması barədə məlumatın Sistemə daxil edilməsini və həmin sənədlərdən (məlumatlardan) istifadə edilməsini;

- daşınmaz əmlak üzərində hüquq əldə edən, onun tərəfindən vəkil edilmiş şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin, habelə notariuslar və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş hallarda notariat hərəkətinin aparılması üçün zəruri olan məlumatların elektron qaydada Sistemdən yoxlanılmasını və əldə edilməsini;

- daşınmaz əmlakın dövlət reyestrinin və kadastrının aparılması üçün əsas olan hüquqi və texniki sənədlərin, habelə məlumatların əldə edilməsini;

- qanunla nəzərdə tutulan ödənişlərin elektron qaydada həyata keçirilməsi imkanının yaradılmasını.

Nazirlər Kabineti altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini, Sistemin yaradılması ilə əlaqədar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi sahələrində normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Son xəbərlər

"Bu elementlər Azərbaycan Prezidenti ilə razılaşdırılıb" - Paşinyan

Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb

Hansı formada yatmağınız xarakterinizdən xəbər verir

"Respublika Neyrocərrahiyə xəstəxanasının həkimi Aytən Əliyevanın səhlənkarlığına görə sağlamlığımı itirmişəm" - VİDEOŞİKAYƏT

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH...

Bu akademiya publik hüquqi şəxsə çevriləcək

Sürücülərin nəzərinə: “Təmiz hava” aylığı başlayır

Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb — Paşinyan

Azərbaycanda "Ədalət" yalnız adam adıdır - FOTO+VİDEO

Türkiyə və Azərbaycan arasında Türkmənistan qazı ilə bağlı razılıq əldə edildi

Nazirin müşaviri vəzifəsindən azad olundu

Nümayişçilərin prezident sarayına hücumu zamanı 26 əsgər yaralandı

Azərbaycan və Ermənistanın spikerləri bu tarixdə görüşəcəklər

XİN Ermənistanla sülh sazişinin şərtlərini açıqladı

"Trendyol"da çatdırılma niyə bahalaşdı?

Qumar oyunlarını reklam edən bloqerlərə XƏBƏRDARLIQ

"Arxları təmizləmək üçün bizdən pul yığırlar" - Birinci qrup əlildən ŞİKAYƏT

İlham Əliyev Şen Yueyueni qəbul etdi

Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlandı

Minimum əməkhaqqı nə qədər artacaq? - AÇIQLAMA

Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - FOTO

Əlilliyin qiymətləndirilməsi ilə bağlı YENİLİK

Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi

ƏDV-dən azad edilən mineral gübrələrin siyahısı təsdiqləndi

Bu şəxslər də təhsil krediti ala biləcək

Piylənmə xərçəng xəstəliyinə səbəb olur

Şuşaya növbəti köç karvanı yola salınıb

Zelenskidən Xarkovla bağlı açıqlama

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında torpaq qalmaqalı davam edir

AQTA vəzifəsinin öhdəsindən niyə gəlmir? İDDİA

Göycayda qeyri-iş vaxtı işə çıxardılan fəhləni ilan sancdı... İDDİA

İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar

Bütün xəbərlər