Gündəm

"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kompaniyaya dəstək - KONRANS

"MUMtv.az"  "DogruXeber.az"a istinadən  xəbər verir ki, ötən gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyilə İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi konfrans keçirib. Tədbiri giriş sözü ilə "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri Fikrət Cəfərli açıq elan edib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından birlik sədri tərəfindən konfransın məqsədi elan edilib və qonaqlar təqdim edilib.

Qeyd edək ki, hər il 25 noyabr – 10 dekabr tarixlərində “Gender əsaslı zorakılığa qarşı 16 günlük” qlobal kampaniya dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxaq Mübarizə Günü kimi qeyd edilir. Məişət zorakılığına qarşı mübarizə çərçivəsində Azərbaycanda Vətəndaş Cəmiyyəti institutları və dövlət qurumları müxtəlif marifləndirici tədbirlər, dəyirmi masa və konfranslar təşkil edirlər.

Konfransın keçirilməsində məqsəd, dünyada qeyd edilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına dəstək vermək və həsr olunduğu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.

Ötən gün keçirilən konfransda Azərbaycan Respublikasının Ali Məhkəməsi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Miqrasiya Xidməti, həmçinin Ombudsman aparatı, Hüquq və İnsan Haqları İnstitutu və Vəkillər Kollegiyası dövlət qurumu qismində, təmsil olunan Səfirliklər və beynəlxaq təşkilatlar - Böyük Britaniyanın Azərbaycandakı səfirliyi (dəstəkçi), Belçika Krallığının Azərbaycan, Gürcüstan və Türkmənistan respublikalarındakı səfirliyi, Fransa Respublikasının Azərbaycandakı səfirliyi, Niderland Krallığının səfirliyi, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi, Avropa Şurasının Bakı Ofisi nümayəndə qismində və ölkədə fəaliyyət göstərən QHT-lər, jurnalistlər, elm xadimləri, vəkillər və gender məsələləri üzrə mütəxəssislər iştirak edib.

Bakı Dövlət Universitetinin müəllimi, elmlər doktoru, professor, gender bərabərliyi məsələləri üzrə mütəxəssisi Elza Mollayeva və AR Vəkillər Kollegiyasının üzvü, məişət zorakılığı üzrə ixtisaslaşmış hüquqşunası Rövşanə Rəhimli isə konfransda geniş məruzə ilə çıxış ediblər.

Onu da vurğulayırıq ki, konfransın keçirilməsində əsas məqsəd “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kompaniyasına dəstək olub və çıxış edənlər əsasən qadınlara qarşı zorakılıq və şiddət mövzusunu önə çəkiblər. Çünki, Azərbaycanda zorakılığa məruz qalanların əsasını xüsusilə ərləri, müəyyən qismini isə digər ailə üzvləri tərəfindən şiddətə məruz qalan qadınlar təşkil edir.

Dövlət Statistika Komitəsinin (DSK) bilgisinə görə, ötən il Azərbaycanda 51 qadın məişət zorakılığının qurbanı olub. Daha bir il öncə bu rəqəm 46 olmuşdu. Ondan da əvvəl - 2020-ci ildə 41 qadın belə zorakılıq üzündən həyatını itirmişdi. Bu o deməkdir ki, təkcə son iki ildə məişət zorakılığı üzündən həlak olan qadınların sayı 25 faiz artıb. Müstəqil araşdırıcılar, qadın haqları fəalları həmin sayın əslində daha çox olduğunu bildirirlər.

Konfransda çıxış edənlər məişət zorakılığı hallarında mühafizə orderinin tətbiqi və praktiki icrasının vəziyyəti müzakirə ediblər və məhz bu kimi halların qarşısının alınması üçün maarifləndirici tədbirlərin, hətta dərsliklərin, televiziya proqramlarının çox olması təklifini irəli sürüblər.

"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kompaniyaya dəstək - KONRANS

"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kompaniyaya dəstək - KONRANS

"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kompaniyaya dəstək - KONRANS

"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kompaniyaya dəstək - KONRANS

"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kompaniyaya dəstək - KONRANS

 

Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər