Gündəm

Saxta sənədlər hazırlayan şəxsə məxsus şirkətlər daha iki tenderin qalibi olub - İTTİHAM VAR!

MUMtv.az - "Ramil Qasımzadə adlı qiymətləndiricinin saxta sənədlər hazırlayaraq dövlət orqanlarına təqdim etməsi, “çətir şirkətlər” yaratması və saxta yollarla tenderlərdə qalib olması barədə məlumat vermişdik. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Ramil Qasımzadənin “Unprice” MMC, “Korall Consulting” MMC, “Azprice” MMC, “Azvalue” MMC, “Morion” MMC, “Açar” MMC və “Sorğu Ekspert Mərkəzi” MMC adlı şirkətlər təsis edərək saxta sənədlər hazırlaması və təqdim etməsi, dövlət satınalmaları zamanı süni rəqabət təşkil etməsi və saxta yollarla dövlət tenderlərində qalib olmasına əsaslı şübhələr yaranması səbəbindən aidiyyatı dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edib".
Bu barədə DİA.AZ-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən verilən məlumatda deyilir.

Məlumatda daha sonra bildirilir: "Dövlət satınalmasına saxta sənədlər təqdim etməsi faktı öz təsdiqini tapdığından və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr yarandığından Ramil Qasımzadəyə məxsus şirkətlər - “Uniprice” MMC və “Korall Consulting” MMC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarından xaric edilib və ona aid 7 şirkətin hamısı cəmiyyətin “qara siyahısı”na salıb. Eyni zamanda Ramil Qasımzadəyə məxsus bütün sertifikatlar ləğv edilib.

Lakin, buna baxmayaraq, R.Qasımzadəyə məxsus şirkətlər bəzi dövlət qurumları tərəfindən elan olunan növbəti tenderlərin qalibi olub. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən elan olunan “Ekspert (mütəxəssis) xidmətlərinin satınalınması -2” üzrə açıq tender müsabiqəsinin qalibi Ramil Qasımzadəyə məxsus “Uniprice” MMC olub. Hansı ki, bundan əvvəl Ramil Qasımzadənin qanunsuz fəaliyyəti ilə əlaqədar Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları məlumatlandırılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən elan olunan “Ekspert xidmətlərini satınalınması” müsabiqəsinin də qalibi Ramil Qasımzadəyə məxsus “Azvalue” MMC olub. Hər iki müsabiqə 30.08.2023-cü il tarixdə keçirilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qeyd olunan dövlət satınalmalarının ləğv edilməsi və Ramil Qasımzadənin əməlinə hüquqi qiymət verilməsi üçün yenidən aiddiyatı dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu barədə AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib".

Redaksiyadan: Məlumatla bağlı əlaqədar çəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər