Gündəm

Rəşad Nəbiyevin adı QALMAQALDA... - Saxta sənədlərlə ələ keçirilən maşınlar nazirin bacısının adına rəsmiləşdirilib?

MUMtv.az: - Bakıda fəaliyyət göstərən "B.T.İ. Ekspertiza” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə 73 min 600 manat dəyərində 2 nəqliyyat vasitəsi saxta sənədlərlə ələ keçirilib. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, nəqliyyat vasitələri Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin yaxın qohumlarının adına rəsmiləşdirilib.


MMC rəsmiləri baş vermiş oğurluqla bağlı baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Bakı prokuroru İlqar Abbasova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Qaradağ rayon prokuroruna şikayət ərizəsi ünvanlayıblar. Surəti "Yeni Müsavat”a təqdim olunan ərizədə mülkiyyətdə olan nəqliyyat vasitələrini saxta sənəd düzəldib təqdim etməklə, vəzifə saxtakarlığı əsasında dələduzluq yolu ilə əmlakı mənimsəyən cinayətkar dəstənin ifşa edilməsi və cəzalandırılması istənilir.


"Kia Cerato” markalı, Az 99 PL 801 dövlət nömrə nişanlı və "Hyundai Elantra” markalı, Az 99 PL 576 dövlət nömrə nişanlı nəqliyyat vasitələri təmsil etdiyim "B.T.İ.Ekspertiza” MMC-nin xüsusi mülkiyyətində olub. "Kia Cerato” markalı, Az 99 PL 801 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Emil Elşən oğlu Babayevə idarə edilməsi məqsədi ilə; "Hyundai Elantra” markalı, Az 99 PL 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi isə Tərlan Yusif oğlu Məmmədova idarə edilməsi məqsədi ilə verilib.


Bu yaxınlarda sürücülərdən nəqliyyat vasitələri geri tələb edildikdə Elxan adlı şəxsin vasitəsi ilə nəqliyyat vasitələrinin özgəninkiləşdirildiyi məlum olub. "Hyundai Elantra” markalı, Az 99 PL 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı dəyişdirilərək Az 90 OM 066 nömrə nişanı verilərək tanımadığımız Lamiyə Nəbiyevanın adına, "Kia Cerato” markalı, Az 99 PL 801 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin nömrə nişanı dəyişdirilərək Az 10 XL 363 nömrə nişanı verilməklə Rəşad Bayramov adlı şəxsin mülkiyyətinə verilib.


Araşdırma apardıqda məlum oldu ki, Baş Dövlət Yol Polisinə Yol Polisinin 1-ci mərtəbəsinin 7-ci otağında vəzifə səlahiyyətlərini icra edən Seymur adlı əməkdaşa təqdim edilən MMC-nin adından məktub və etibarnamə saxtalaşdırılıb. Belə ki, təqdim edilən məktub və etibarnamədə möhür və imza MMC-nin Direktoruna məxsus deyil, bundan əlavə qeyd edilən əlaqə nömrələri də MMC-ə heç bir aidiyyatı yoxdur. Nəticə etibarı ilə bir qrup şəxslər tərəfindən "B.T.İ.Ekspertiza” MMC-ə 29 iyul 2020-ci il tarixdə əldə edilmiş "Kia Cerato” markalı, Az 99 PL 801 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 42 min 600 manat dəyərində və "Hyundai Elantra” markalı, Az 99 PL 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 31 min manat dəyərində, ümumilikdə 73 min 600 manat dəyərində ziyan vurulub. Hesab edirik ki, istintaq araşdırması aparılsa, cinayətkar şəbəkə üzvlərinin saylarının artması istisna deyil.


Göstərilənlərə əsasən Sizdən xahiş edirik ki, "B.T.İ Ekspertiza” MMCy-ə vurulmuş 73 min 600 manat ziyanın ödənilməsi və cinayətkar şəbəkənin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülsün".

"Yeni Müsavat”


Son xəbərlər

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Bütün xəbərlər