Gündəm

Əfsanə təkrar ekspertizadan keçiriləcək

“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəyli yenidən tibbi ekspertizadan keçiriləcək.

"MUMtv.az"ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi prokurorun vəsatəti əsasında belə qərar qəbul edib.

Ə.Qalabəyli bundan əvvəl vəkilinin vəsatəti ilə ekspertizadan keçirilmişdi. Həmin vaxt ekspert rəy vermişdi ki, qadın müttəhim hazırda və əri qətlə yetirilən vaxt anlaqsız vəziyyətdə olub.

İbtidai istintaq dövründəki ekspert rəyində isə sonuncu rəyin əksi qeyd olunub.

Budəfəki prosesdə prokuror məhz sonuncu rəyə etiraz edib. İttiham tərəfi vəsatətini onunla əsaslandırıb ki, hazırda Ə.Qalabəylinin psixi və psixoloji durumu ilə bağlı ortada bir-birinə zidd iki rəy var: “İstintaq dövründə də ekspertiza keçirilib və anlaqlı hesab olunub. O vaxt ekspertiza belə nəticəyə gəlib ki, Əfsanə Qalabəyli cinayət törədiləndə hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olub. Hazırda bir-birinə zidd iki rəy olduğuna görə təkrar ekspertiza keçirilməsinə ehtiyac var”.
Ətraflı
Ad - 00:13

Ə.Qalabəylinin vəkili Seymur Kərimov isə müvəkkilinin yenidən ekspertizadan keçirilməsinə razı deyil.

Vəkil prokurorun vəsatətinə etiraz edərək deyib ki, istintaq dövründə ekspertiza ambulator şəraitdə keçirilib. Məhkəmə zamanı təyin edilən ekspertiza isə stasionar şəraitdə olub: “Müvəkkilim bir müddət ekspert-mütəxəssislərin müşahidəsi altında saxlanılıb. Onlar hərtərəfli müayinə və müşahidələrdən sonra rəy verib. Yenidən ekspertiza keçirilməsi təkrarın təkrarı olacaq”.

Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti prokurorun vəsatətini əsaslı hesab edib. Ə.Qalabəylinin təkrar psixiatrik ekspertizadan keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, hadisə ötən ilin sentyabrında olub. 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsi ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Ə.Qalabəyli məhkəmədəki ifadəsində ərinin illərlə ona əziyyət verdiyini, döyüb təhqir etdiyini, özü və uşaqları evdə ola-ola başqa qadınlar gətirdiyini deyib. O, həmçinin hadisə baş verən vaxt anlaqlı vəziyyətdə olmadığını bildirib.

Son xəbərlər

“Xaliq Faiqoğlu” hansı qaydaları pozub? – Şirkətə qarşı ittiham

QAZAX: SALLAQXANADA ƏVVƏL HEYVANI KƏSIR, SONRA CƏMDƏYINI “MÜAYINƏ” EDIRLƏR

«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar// Foto+Video

Gəncə Dövlət Universitetində yoxlama başlayıb

Həbsdə olan general Bəkir Orucovun cəzası bu səbəbdən azaldılıb

Deputatın oğlunun şirkəti bağlandı

“AzerGold” QSC-nin yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub

Nikahların 56 faizi qohumlar arasında baş tutur — Qohum evliliyi qadağan olunur?

Əziz Orucovun həbs müddəti uzadıldı

COP29-la bağlı vergi və ƏDV güzəştləri tətbiq ediləcək

"Bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar" - Prezident

Qubad İbadoğlu ilə bağlı QƏRAR VERİLDİ

Gömrük işçilərinə kompensasiya veriləcək

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək – Yeni qanun

Bu körpünün istismar qaydaları təsdiqləndi

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi üzrə protokol təsdiqləndi

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı

Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq

Bu tibb müəssisələrinə direktorlar təyin olundu

Rusiyada yaşayan miqrantlarla bağlı mühüm dəyişiklik

İki ölkə öz vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

İki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

"Ətdən hazırlandığı deyilir, amma ətdən ucuz satılır"

Cavanşir körpüsündən geriyə bu qaldı

Düşüncələrimiz sağlamlığımıza təsir edir - ARAŞDIRMA

ABŞ Rəisinin ölümünə görə İranı günahlandırdı

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT

“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK

Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?

İlham Əliyev sərəncam imzaladı

Bütün xəbərlər