Gündəm

Bazardakı yanğınla bağlı cinayət işi başlandı

Bakıda inşaat materialları bazarında baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

"MUMtv.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, noyabrın 23-də paytaxtın Nərimanov rayonu, Dərnəgül şosesində yerləşən, Bakı şəhəri Ticarət və xidmət departamentinin Yeraltı keçidlər üzrə ticarət birliyinin mülkiyyətində olmaqla icarəyə verilmiş ticarət mərkəzinin ("Dərnəgül taxta bazarı”) ərazisində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb.

Bundan başqa, hadisə zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımovun vəfat etməsi müəyyən olunub.

Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fakta görə FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.

Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları, həmçinin, Razi Qasımovun ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin edilib.

Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Son xəbərlər

NATO Ukraynaya qoşun göndərməyəcək

Sabah Bakıda 23 dərəcə isti olacaq

Bəzi incəsənət xadimlərinə Prezidentin mükafatları verildi

Bu şəxslərə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Prezidentdən Ömər Eldarovla bağlı SƏRƏNCAM

Rusiya səfiri Yaponiyanın ABŞ-ın atom bombası ilə bağlı siyasətini ikiüzlülük adlandırdı

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edildi

“WhatsApp”da yenilik

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Bütün xəbərlər