Gündəm

“Deyirlər, əsgər yoldaşı ilə şokolad yağına görə dalaşıb, sonra da özünü öldürüb” - NARAZILIQ VAR!

“Deyirlər ki, uşağım silah otağından silah götürərək özünü vurub. Silah otağı niyə açıq idi? Silah otağının rəisi harada idi?”

"MUMtv.az" bildirir ki, bu sözləri bu ilin iyul ayında Laçında xidmətdə olduğu hərbi hissədə intihar etdiyi bildirilən kiçik çavuş Telman Eyyubovun anası Əfsanə Macanova deyir.

Rəsmi məlumatlarda 2004-cü il təvəllüdlü T.Eyyubovun özünü silahla vurduğu bildirilsə də, anası Əfsanə Macanova oğlunun intihar etdiyinə inanmır. O, deyir ki, iş yenidən və ədalətli araşdırılmalıdır:

“Hərbi hissənin batareya komandiri səhər saatlarında atasına zəng edib ki, oğlun burada əsgərlə dalaşıb, raport yazıb onu tutduracam. Biz atasından ayrı idik, atası 8 yaşından uşağı görməyib. Qaynım oğlu zəng elədi ki, belə məsələ var, hərbi hissə ilə danışacam. Batareya komandiri ona da eyni şeyləri deyib. Elə bu anlarda Qazax Rayon İcra Hakimiyyətindən anama (mərhumun nənəsinə) zəng ediblər ki, uşaq hərbi hissədə ölüb. Gah deyiblər dağdan düşüb, gah deyiblər özünü asıb. Anam deyib ki, o uşaq çox çətinlik görmüş uşaqdır, özünü asa bilməz. Necə oldu, 1 il 4 ay dözdü, 2 ay qalmış dözməyib özünü asdı? Sonra batareya komandirinə zəng çatmadı”.

“Deyirlər, əsgər yoldaşı ilə şokolad yağına görə dalaşıb, sonra da özünü öldürüb” - NARAZILIQ VAR!


Əfsanə Macanova deyir ki, bundan sonra uşağı ilə bağlı məlumat almaq üçün Qazax rayon Hərbi Komissarlığına gedib, ancaq onu içəri buraxmayıb, suallarını cavablandırmayıblar. Qadının sözlərinə görə, ölüm dəqiqləşəndən sonra atası (mərhumun babası) meyiti görmək üçün gedib:

“Atam deyir, açdılar üzünü göstərdilər ki, boğazının altından özünü vurub, güllə yarası var. Deyirlər ki, 2 əsgər şokolad yağına görə dalaşıb, bu da gedib silah otağından silah götürərək özünü vurub. Silah otağı niyə açıq idi, silah otağının rəisi harada idi? Orda silahı götürəndə qol çəkib götürürsən, mənim uşağım necə silah götürdü? Bu iş üzrə heç kim həbs olunmayıb. Mən batareya komandirindən şikayətçiyəm. Prokurorluqda soruşdular inanırsan uşaq özünü öldürüb? Dedim, yox. Ölən gününə kimi narazılıq etməyib. Qazax Rayon İcra Hakimiyyətindən camaata deyiblər ki, heç kim yasa getməsin, uşaq özünü öldürüb, vətən xainidir”.

Əfsanə Macanova deyir ki, oğlu həmişə ona arzularından danışıb, planları olub. Ona görə də, hadisənin intihar olmasına inanmır:

“Hər gün danışırdıq, uşağım heç vaxt problem yaşamırdı. Mən inana bilmirəm ki, mənim oğlum intihar edib. O bilirdi ki, evdə iki qadın qoyub gedib. Böyük arzuları var idi, deyirdi ki, ana, qayıdacam, hərbçi olacam, ev tikəcəm. 1 il 4 ayı getmişdi, 2 ayı qalmışdı. Laçında xidmət edirdi. Rütbəsi kiçik çavuş idi, dəstə komandiri idi, 12 əsgəri var idi. Mən onu atasız böyütmüşəm, uşağımı tanıyıram. Bilmirəm, özünü öldürər, ya yox?!” – deyə o, bildirib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən Abzas Media-ya bildirilib ki, sorğu ilə Hərbi Prokurorluğa müraciət edək. Hərbi prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev isə bildirib ki, qeyd olunan məsələlər istintaq sirri olduğu üçün sualları cavablandırmırlar. //Abzas Media//


Son xəbərlər

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

Bütün xəbərlər