Gündəm

Azərbaycanda 9 yaşlı uşaq intihar etdi: Atası da 2 ay əvvəl...
Xaçmaz rayonunda 9 yaşlı uşaq atasının intiharından təxminən iki ay sonra özünü asıb.
MUMtv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Ağtala kəndində baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Qeybullayev Oqtay Abdulla oğlu bir müddət öncə 4 övladı və həyat yoldaşı ilə birgə Ağtaladan Xaçmazın başqa kəndinə işləməyə gedib. Ailə o kənddə də yaşamağa davam edib.
O.Qeybullayev avqustun 11-də hazırda məlum olmayan səbəblərdən Ağtala kəndinə gələrək qəbiristanlıqda ağacdan özünü asaraq intihar edib. Həmin gün Oqtayın yeganə oğlu və ailənin sonbeşiyi, 2012-ci il təvəllüdlü Ramalın ad günü olub.
Atasının intiharından sonra ailə Ağtala kəndinə qayıdıb. 9 yaşlı Ramal atasının ölümündən təxminən iki ay sonra oktyabrın 4-ü, günorta saat 12 radələrində həyətlərində özünü ağacdan asaraq intihar edib. Ailənin Ramaldan böyük olan 3 qız övladı qalıb.
O.Qeybullayevin qardaşı Rasim Qeybullayev "Qafqazinfo"ya bildirib ki, dünən Ramalın müəllimi üçün hədiyyə almağa getdiklərinə görə, uşağı ilk dəfə evdə tək qoyublar: "Müəllimlər günü üçün hədiyyə aldıq ki, Ramal pis olmasın. Evə qayıdanda gördük ağacdan özünü asıb. İpi necə, haradan tapdığını bilmirik".
R.Qeybullayev qeyd edib ki, qardaşı Oqtayın 40 mərasimi ərəfəsində oğlu Ramal yuxuda atasını görüb: "Bir dəfə Ramal yuxusunu bizə danışdı. Dedi ki, atası onu yanına çağırıb. Biz də Ramalla danışdıq, sonra bu məsələ unuduldu. Haradan biləydik ki, belə olacaq".
Hər iki hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər