Gündəm

Məşhur YAP-çı “od püskürdü”: «Azərbaycanda ancaq müəyyən “tayfa”lara məxsus olanlara iş verirlər»

“Xaricə təhsil almaq üçün gedənlərin ölkəyə qayıtmaması bir çox səbəblərlə bağlıdır. Çünki cəmiyyətdə hər kəsin özünün baxış bucağı var ki, onlar bunu öz nöqteyi-nəzərinə görə dəyərləndirirlər”.

"MUMtv.az" xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.
Müsahibimiz xaricə təhsil almağa gedən tələbələrimizin sonradan ölkəyə qayıtmamaları faktından söz açıb.
C. Nuriyevin sözlərinə görə, bizdə əməkhaqqı aşağı olduğu üçün xaricə gedən gənclər Azərbaycana gəlmək istəmir:
“Bu, bəyənmək məsələsi deyil. Bunun üçün dövlət proqramı olmalıdır, lakin dövlət xətti ilə oxumağa göndərilənlərin hamısı ancaq məmur uşaqlarıdır. Onsuz da onlar geri qayıdanda iş tapırlar. Ona görə də burada bir növ dövlət proqramı işə salınmalıdır. Bu günə qədər Azərbaycanın başı müharibəyə qarışmışdı, amma mənə elə gəlir ki, artıq bunun vaxtı çatıb. Artıq Elm və Təhsil Nazirliyi bu işi bilən adamları bir araya yığmalıdır və elm sahəsinə ayrılan vəsait məsələsi gündəmə gəlməlidir. Dünən deputat Əziz Ələkbərli də bu məsələni müzakirəyə çıxarıb”.
Müsahibimiz aydınlaşdırıb ki, 400-500 manat maaşla heç bir gənc geri gəlməyəcək:
“Ona görə ki, bu şəxslər orada oxuyur, əziyyət çəkir və əksəriyyətinin Azərbaycanda “adamı” yoxdur. Azərbaycanda isə ancaq müəyyən “tayfa”lara məxsus olanlara iş verirlər. Yəni xaricdə oxuyub gələnlərin bir hissəsi indiyə kimi oyundankənar vəziyyətdə qalıb. Buna görə indikilər də onlara baxıb Azərbaycana qayıtmaq istəmir. Çünki onlar xaricdə Azərbaycanda alacağı əməkhaqqından minimum 20-30 dəfə çox maaş alırlar. Deməli, onların Azərbaycana gəlmə ehtimalı çox aşağı düşür”.
“Məsələn, Türkiyə xaricdə oxutduğu mütəxəssisləri geri qaytarmaqla hazırda silah sahəsində bütün innovasiyaları həyata keçirdi. Bu sistem Almaniya, Yaponiya, Sinqapur, Cənubi Koreya və digər ölkələrdə də sınaqdan keçirilib. Bu gün nümunələr çoxdur və buna görə də Azərbaycanda elmə ayrılan vəsait mütləq artırılmalı, buraya peşəkarlar dəvət olunmalıdır”, — əlavə edib.
Siyasətçi iddia edib ki, Azərbaycanda hər hansı bir məsələ haqqında fikir deyən kimi tez-bazar yuxarıya donos edirlər ki, “amanın günüdür, qoymayın, bunu deyən müxalifətçidir”:
“Vallah, mən 17 ildir ki, YAP üzvüyəm. Bu şəkildə hansısa çatışmazlığı deyirsənsə, gəlib səni işdən çıxarırlar. Nazirlərimiz bu işlə məşğuldur. Bu adamların işi-gücü odur ki, barələrində mənfi fikir söylənməsin. Söhbət mənfi fikirdən də getmir. Azərbaycan Prezidenti bu adamlara etibar edib, təkbaşına Qarabağ problemini həll etdi. Bəs, yaxşı, etibar olunan adamların neçəsini tutmaqla bu işi yönəltmək olar? İnzibati metod özünü doğrultmur”.
Keçmiş deputata görə, gənclərimizin Azərbaycana gəlməməsində bir çox nazirlər günahkardır:
“Çünki onlar ya öz yerlilərini, ya da qohumlarını işə götürürlər, hətta heç nədən başı çıxmayan yaxınlarına gedib haradansa saxta diplom alıb ikinci təhsil adı ilə leqallaşdırırlar. Şeytanın özü Azərbaycandakı bəzi məmurların əməllərinə məəttəl qalır. Çünki şeytan bunu fikirləşib tapa bilməz, amma bizimkilər tapırlar. Biz bu gün kimə kimdən şikayət edirik?! O gənclərin Azərbaycana gəlməməsinin səbəbkarı biz özümüzük”.
Həmsöhbətimiz onu vurğulayıb ki, hazırda təhsil sistemimizdə kifayət qədər həll olunmamış problemlərimiz var:
“Təhsil eksperiment olmamalıdır. Spesifik sahələr var — təhsil, səhiyyə, kənd təsərrüfatı və digərlərində eksperiment keçirmək olmaz. Ancaq buraya peşəkarlar dəvət olunmalıdır. İnam və rəqabət olmayan yerdə inkişaf yoxdur. Bizim fikrimiz yoxdur ki, kimisə şəxsi müstəvidə tənqid edək. Bunlar cənab Prezidentin verdiyi tapşırıqları yerinə yetirməyən şəxslərə yönələn tənqidlərdir. Yoxsa ki, bizim onlarla hansı şəxsi qərəzimiz olsun? Amma Prezident Administrasiyasına gedib deyirlər ki, filankəs müxalifətdir, bəhmənkəslə birləşib və s. Vallah, heç kimlə birləşməmişik, sadəcə, təcrübəmiz bizə bunu deyir ki, hansı sahədə nə kimi çatışmazlıqlar var”.
“Müsahibə vermək istəməyəndə jurnalistlər küsür. Müsahibədən sonra da üstünə düşürlər ki, sən filan sözü dedin. Belə şey olmaz! Adamı işindən çıxarırlar. Bu, sadə bir məsələ deyil, əksinə, çox təhlükəli bir məsələdir. Düşünün, Azərbaycanda hansısa bir şəxs nazirin çatışmazlıqlarını deyib deyə onu işdən çıxardırlar. Ona görə də xaricə gedənlərin gəlməsi mümkünsüzdür. Azərbaycan dövləti bu barədə ölçü götürməlidir. Bunun artıq vaxtı çatıb”, — fikirlərini yekunlaşdırıb.


Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər