Gündəm

Məktəbli qəbulunu da biznesə çeviriblər... - "Ağası gülüm olanın..."

MUMtv.az: - Azərbaycanın absurdlar ölkəsi olduğunu bilməyən yoxdur. Ölkədə nazirliklərdəki məmur tayfasından tutmuş səhiyyə, təhsil sektorundakı rəhbərlərə qədər hər kəsin ağzından bir “avaz” gəldiyini də çox yaxşı bilirik.

Əlbəttə, bu “avaz”dan pul iyi gəlir və respublikada rüşvət artıq üfunət qoxuyur. Lakin hər şeyin də bir həddi, əndazəsi var. Elə qayda və qanunlar var ki, burada artıq normanı keçmək olmaz.

Di gəl ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi və onun tabeliyindəki yerli təhsil şöbələri üçün sərhədlər deyilən anlayış yoxdur. Sanki “Nuh” deyir, “peyğəmbər” demirlər.

Söhbət 1-ci sinifə qədəm qoyacaq Babaxanov Əlixan Babaxan oğlunun ağılasığmaz şəkildə təhsildən məhrum edilməsindən gedir. Anaxeber.info-ya müraciət edən ailənin sözlərinə görə, övladları Əlixan bu il sentyabrın 15-dən həmyaşıdları olan hamı kimi məktəbə getməlidir. Onlar Sumqayıtın 1-ci mikrorayon, Sülh küçəsi 3 ünvanındakı 4-cü komissiyadan narazıdırlar. Babaxanovlar ailəsi Xırdalanın Mehdi Hüseynzadə küçəsi, məhəllə 31, ev 59, mənzil 94 ünvanında yaşayır. Valideynləri Əlixanın rusdilli olduğunu, Azərbaycan dilində demək olar ki, bilmədiyini söyləyirlər.

Tragikomediya isə ondan ibarətdir ki, rus dilində necə deyərlər “çırtlayan” Əlixanı Abşeron rayonunda rus bölməsinə qəbul etmirlər. Buna gülünc səbəb kimi onun qabiliyyət imtahanından keçməməsi göstərilib.

Görün nə dərəcədə biabırçı vəziyyətdir ki, Abşeron Təhsil İdarəsi Azərbaycan dilində başa düşməyən və yalnız rusca danışan Əlixanı qabiliyyət imtahanından “keçmədiyi” üçün rus sektoru olan məktəbə qəbul etmir.

Bunun nə dərəcə özbaşına, qanunsuz hərəkət olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki bir cümlə ilə ifadə etmək olar – Azərbaycanda orta təhsil icbaridir.

Yəni hər bir 6 yaşına çatmış uşaq məktəbə getməli və təhsil almalıdır. Hətta qabiliyyət imtahanında uğurlu olmayan uşaq da şagird adını qazanmağı haqq edir, bu ixtiyarı onun əlindən heç kəs ala bilməz.

Ölkə qanunvericiliyi, “Təhsil haqqında” qanun var və Abşeron ŞTİ rəhbərliyi həmin qanunların üzünü açıb oxusa, başa düşər ki, Əlixanı məktəbdən məhrum etmək cinayətdir. Bu təhsil idarəsinə İlhamə Abdullayeva rəhbərlik edir. O, ötən ilin aprelində vəzifəyə təyin olunub.

Lakin bir il kifayət edib ki, onun təhsil sisteminin, idarəetmə “fəlsəfəsi”nin nədən ibarət olduğunu anlayasan. İlhamə xanım Abdullayeva Abşeron rayon məktəblərində elə bir gestapo rejimi yaradıb ki, ancaq “fitri-istedadı” olanlar şagird adını qazana bilərlər.

Əlixanın ailəsi isə deyir ki, onlar Elm və Təhsil Nazirliyindən, Prezident İlham Əliyevdən, I Vitse-Prezident Mehriban Əliyevadan üzləşdikləri problemin həllinə dair diqqət gözləyirlər.

“Bizim uşağımız rus dilində əla bilir. Əlixan rus sektorunda oxumayacaq, bəs kim oxuyacaq? Hazır kadrdır, ona rus dilini sıfırdan öyrətməyə ehtiyac yoxdur. Amma uşağı məktəbə qoya bilmirik. Artıq dərslərin başlanmasına iki həftə qalıb və bizə heç bir köməklik göstərilmir.

Uşağın qabiliyyət imtahanından hətta keçməməsi də onu təhsil almaq hüququndan məhrum edə bilməz. Bu uşaq Azərbaycan dilində bilmir, bəs Azərbaycan sektorunda necə oxusun?” - deyə şikayətçi valideynlər qeyd edirlər. Onlar Abşeron təhsil idarəsi rəhbərliyindən bu məsələyə reaksiya verilməsini xahiş edirlər.//Anaxeber.info


Son xəbərlər

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Bütün xəbərlər