Gündəm

“Təhsil menecer”ləri yoxsa “təhsil tacir”ləri - AKTUAL

MUMtv.az: - Təhsil menecerləri forumu keçiriləcək. Əvvəllər məktəb liderliyindən danışırdılar, indi “menecer” sözü dəbə düşüb. Sovetlər vaxtı məktəb liderləri yetişdi. Ancaq lider anlayışı işlədilmədiyindən onlara qabaqcıl direktorlar deyirdilər. Onlar məzmunu, dərsliyi, məktəb mühitini, pedaqogikanı çox gözəl bilirdilər, təcrübəni bölüşürdülər. Məsələn, Yevlax rayon Xaldan kənd məktəbinin direktoru SSRİ-nin Əməkdar müəllimi, SSRİ Xalq müəllimi Zahid Şöyübovu misal gətirmək olar.

Məktəb liderliyi ilə bağlı 100-lərlə layihələrə pullar xərcləndi, lakin məktəb liderləri yetişmədi. Təhsil siteminin ifrat dərəcədə avtoritar formada idarə olunması buna imkan verə bilməzdi. Təhsil mütəxəssisi Ken Robinson yazır: “Böyük liderlər böyük idarəçi ola bilərlər və əksinə. Fərq onların hər hansı bir kontekstdə öhdəluklərinə götürdüyü rolla bağlıdır. Yüksək iş səmərəliliyinə təkan verən motivasiya və istəkdir. İnsanlar dəstəyə, resursa və iş görə bilmək üçün bacarıqlara ehtiyac duyurlar. İdarəetmənin funksiyası baxışın gerçəkləşdirilə bilməsi üçün resursların və sistemlərin mövcudluğunu təmin etməkdir. Lakin öz-özlüyündə resurslar kifayət etmir.”

Menecer (idarə edən) həm də rəhbər işçidir. Təşkilatda əməkdaşların işini təşkil etmək səlahiyyətlərinə malikdir və qərarlar qəbul etmək məsuliyyətini daşıyır. Məşhur Ensiklopediyalarda “menecer”in əsas funksiyaları bunlar göstərilir: planlaşdırma, təşkilati işlər, iş bölgüsü, koordinasiya, motivasiya, əməkdaşların işinə nəzarət və korreksiyanın təşkil olunması.

Məktəb direktoru heç bir səlahiyyətə malik deyilsə və məktəbin tabe olduğu qurumun təlqin etdiyi kəskin avtoritar idaretmə üsulu ilə işləyirsə burada menecer yetişə bilərmi? Özəl məktəblərin yaradılmasının yeganə missiyası isə məktəbin yaradıcılarının (menecer yox, tacir) varlanmasına xidmət edir.

Azərbaycan Ali təhsil sistemində idarəçilik kəskin avtoritar xarakter daşıyır. Elmi Şuralar rektorların diqtəsi ilə idarə olunur. Kənaraçıxma mümkün deyil. Elmi Şuraların protokollarına, stenoqramlarına baxsanız dəhşətə gələrsiniz. Dekanlar və kafedra müdirləri heç bir səlahiyyətə malik deyillər. Universitetlərin əksəriyyətində Semestr imtahanlarını rektorların özləri keçirirlər. Elm və təhsil naziri Ali məktəblərdə semestr imtahanlarının başlanması barədə əmr verir. Universitetlərin “menecer”ləri rektorların yaxın qohum-əqrabalarıdır. Məzmunu, dərsliyi, kitabı, kitabxananı bilməyən, təhsilin müasir paradiqmalarından xəbərsiz qohum əqraba. Özəl Universitetin rektoru haralıdırsa əməkdaşların da əksəriyyəti həmin regiondandır.
Yeri gəlmişkən, bu feodal təfəkkürdə olanlardan biri də Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı idi. Ancaq özünü təhsil meneceri kimi aparırdı. Bu adam onu tənqid edənlərin birindən Elmi Şuranın 62 üzvünün imzası ilə şikayət etmişdi. Yekdilliklə. Görün bu menecment Elmi Şuranı hansı çirkin əməllərə vadar edir.

Paneldəkilərdən biri- Xəzər Universitetinin rektoru isə idarəçiliyi qardaşına və qohum əqrabasına verib, İrandan magistrləri auditoriyalara doldurub. Adını qoyub ki, xaricdən müəllimlər dəvət edib və bu səbəbdən təhsil haqqını 4000 manat edib.

Xəzər Universitetinın Scopus bazasındakı məqalələrinin 65-70% İranlı müəlliflər tərəfindən yazıldığı da sirr deyil. Paneldə olanlardan biri isə özəl orta məktəb rəhbərləridir və ixtisası filologiyadır ancaq gecə-gündüz STEAM-dan danışır. S-science (təbiət elmləri), T-technology (texnologiyalar), E-engineering (mühəndislik), M-mathematics (riyaziyyat). Başqa sözlə STEAM təbiət elmləri və texnologiyanı, texniki yaradıcılıq və riyaziyyatı birləşdirən sahələrarası yanaşmadır.

Bizim təhsil menecerləri bunlardır. Ən pisi isə odur ki, cəmiyyəti ələ salırlar.
Sonda! Bir az yumşaq desəm, “Təhsil menecer”ləri anlayışı ilə “təhsil tacir”ləri anlayışı sinonim təşkil edir. Gözdən salınan isə “Forum” anlayışdıdır.//dia.az


Son xəbərlər

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Nazir Bayandura `DAYAN, DUR` deyəcəkmi? - İLGİNC

Binəqədidə neft boru kəmərinin üstündə obyekt inşa olunur, RİH başçısı bu cür qanusuzluğa göz yumur- SƏBƏB? - FOTOFAKTLAR

Bu universitetlərdə illik təhsilhaqqı artırıldı - SİYAHI

Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişi təsdiqləndi

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

AYNA yığdığı cərimələrlə rəhbərliyin maaşını artırır? - Natiq Cəfərlidən sensasion iddialar

Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA

Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir"

Çörəkdən uzaq durun - 1 ildə 10 yaş qocaldır

Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI – TƏFƏRRÜAT

Ədalət Vəliyevin işçisi bu dairədən namizəd olur? – YAP-ın idarə heyətinin üzvü olan namizəd isə….

“İsa Bulağı“nda bir stəkan çay 32 manatdır?

Kolleclərə ixtisas seçimi başladı

Bu işçilərin mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği müəyyənləşdi

Paşinyan yenidən Azərbaycanla sərhəddə gedəcək

Amerikalılar uşaq sahibi olmaq istəmirlər - ARAŞDIRMA

"Sülh sazişinin vaxtıdır" - ABŞ səfirliyi

Sabirabad rayonunda "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ermənistan Türkiyə ilə quru sərhədini açmaq istəyir

Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Bu xəstəlikdən dünyada ilk ölüm halı qeydə alındı

Qarın yağları demans və Parkinson xəstəliyi riskini artırır

Bakıda rəsmən AAYDA İŞGƏNCƏSİ… – yolları iflic duruma salmaları bir yana…

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verildi

Partiyalar seçki kampaniyasına nə qədər vəsait ayıracaqlar? – SORĞU

Ziya Məmmədovun qardaşı gərginliyi Bakıya “gətirdi”-Özünü müxalifətdən ayırdı, amma…

Ayaq barmaqlarınızın forması sizin kim olduğunuzdan xəbər verir - FOTOLAR

Dərini günəş ləkələrindən qorumağın 7 yolu

"Yazdığım cavablar həminki deyildi, dəyişdirilmişdi" - Müəllimlərin etirazları davam edir // VİDEO

Bütün xəbərlər