Gündəm

Kəlbəcər təhsilinə kimlər BADALAQ VURUR - İTTİHAM VAR...

MUMtv.az: - Son zamanlar sosial şəbəkələrdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeçilyində olan Kəlbəcər təhsil sektorunun rəhbəri Namiq Rəcəbov haqqında bəzi məktəb direktorlarının narazılığını əks etdirən qeydləri yayılır.

Qeyd edək ki, sonuncu belə bir qeydi Mingəçevirdə yerləşən 35 saylı Kəlbəcər orta məktəbinin direktoru Elşən Əzim səsləndirib. O, özünün sosial şəbəkə hesabında yazır: “Bürokratik əngəllər.. və ya vəzifə səlahiyyətləri tam dəqiqləşdirilməmiş təhsil sektorları.

Əmr deyilən xüsusi səlahiyyət tələb edən sənəd növünə və ya kərgüzarlıq növünə dərkənar qoymaq sindiromu…
Köhnə təhsil şöbəsi müdiri nostalgiyasından çıxa biləməyən sektor müdirləri…”

“Zənnimcə yuxarıda qeyd olunan mövzular mətbuatın əsas gündəmi olmalıdır” deyə Elşən Əzim fikirlərini tamamlayıb.

Bu narazılığı ilə bağlı Gununsesi.info-nun əməkdaşı adıçəkilən direktorla əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Elşən Əzim bunları deyib:

“Məktəb direktorlarının səlahiyyətinə müdaxilə olunur. Məktəb direktoru dərs bölgüsünə ilin istənilən vaxtı dəyişiklik etmək səlahiyyətindədir. Bunu qanun çərçivəsində edirsə, heç kimin etiraz etmək, icazə verməmək hüququ yoxdur. Əmrlərin yazılışında əmrin məzmunundan asılı olaraq mühasiblə, hüquqşünasla, məşğulluq mərkəzi ilə, məsləhətçilərlə müzakirə oluna bilər. Bu da əmr yazılmamışdan əvvəl onun layihəsinin müzakirəsi müstəvisində ola bilər, ancaq yazılmış əmrə bir başqasının dərkənar qoyması və o əmrin icrasının həmin dərkənardan sonra həyata keçirilməsi heç kərgüzarlıq qaydalarında nəzərdə tutulmayıb.

Ümumiyyətlə özünün əmr vermək səlahiyyəti, möhürü olmayan şəxs əmr vermək səlahiyyəti olan şəxsin əmrinə necə icazə verə bilər? Ya o sektor müdirlərinin səlahiyyəti artırılsın, ya da direktorların səlahiyyəti rəsmi olaraq məhdudlaşdırılsın, birdəfəlik işimizi bilək”. //Gununsesi.info//


Son xəbərlər

Bakıda NATO-nun təlim kursu keçirildi

Tovuzun İcra başçısı Məmməd Məmmədov həm də belə qazanır

Bu müəllimlər attestasiyaya cəlb ediləcəklər

Ukraynada "prezident" yumurtaları satışa çıxarılıb

“Bakı Tikiş Evi” gömrük qaydalarını pozur

Gizlicə valyuta alveri edənlərlə bağlı qərar verildi

Kolorado ştatında soydaşlarımız yeni diaspor təşkilatı yaradıb

Zərifliyi və sərvəti təmsil edən ilan 2025-ci ildə nə demək istəyir?

Tünd şokolad diabet riskini əhəmiyyətli dərəcədə azaldır

Qayıdış hüququna həsr olunmuş konfransın yekun sənədi qəbul edildi

Ermənistanın gələcək baş naziri Paşinyanın xanımı olacaq?

İlham Əliyev finlandiyalı həmkarını təbrik etdi

Uğurlu insanların işdə müntəzəm istifadə etdiyi 3 güclü ifadə

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi tamamlandı

Alimlər yaş artdıqca xərçəng riskinin niyə azala biləcəyini izah etdi

Ət niyə bahalaşır? - VİDEO

"Ermənistan düşmənçilik səhifəsini bağlamağa hazırdır" - Mirzoyan

Qəhvə ürək sağlamlığına necə təsir edir?

VƏTƏNin oğlu - Onlar Allah dərgahında diridirlər

Aİ-dən Gürcüstanla vizasız rejimin dayandırılması tələb edildi

İmişli yollarının əvəzedilməz təmirçisi "Orion-E" şirkəti kimindir?

Suriya ordusu Həma şəhərindən geri çəkildi

Araşdırsınlar: 100 milyondan çox pulu O ÇIXARIB... - İLGİNC

"Qərbi Azərbaycana qayıdış strateji hədəflərdən biridir" - Millət vəkili

"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edildi

ABŞ Rüfət Səfərovun saxlanılmasını diqqətlə izlədiyini deyir

Bu məşhurlarımız qohum imiş

Gölməçəylə əhatə olunmuş internat məktəbi - VİDEO

Azərbaycanda 300 min insanın mübarizə apardığı xəstəlik: özünüzü qorumasanız...

Bu tərəvəzdən bol-bol yeyin: İki dərddən AZAD OLACAQSINIZ

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

Gədəbəydə “AzerGold” və “R.V. Investment Group Services, LLC ABŞ” arasında görüş keçirilib - FOTO

Bütün xəbərlər