Gündəm

Dövlət Departamenti rəsmisi ABŞ-ın Azərbaycana qarşı ayrı-seçkiliyi barədə sualına cavabdan yayındı

ABŞ Prezidenti Cozef Bayden administrasiyası ölkə tarixində ilk dəfə islamofobiya ilə mübarizə üçün milli strategiya hazırlayacağını açıqlayıb.

"MUMtv.az" "Report”un ABŞ bürosuna istinadən xəbər verir ki, Ağ Ev-in bir qədər əvvəl yaydığı açıqlamada qeyd olunur ki, hökümət islamofobiya və nifrətin bütün formalarına qarşı mübarizə aparacaq strategiya hazırlamaq üçün icma liderləri, vəkillər, Konqres üzvləri ilə birlikdə iş birliyindədir.

İslamofobiya ilə mübarizə üzrə ABŞ-ın ilk milli strategiyası son illər dünyada müsəlmanlara qarşı artan nifrət fonunda alqışlanan yenilik olsa da, bəzi şərhçilər Birləşmiş Ştatlarda artan islamofobik meyllərin ölkənin xarici siyasi qərarlarına təsir etməsi qənaətindədir.

Bu xüsusda ABŞ-ın Ermənistan və Azərbaycanda keçmiş münaqişənin təsirinə məruz qalmış şəxslərə humanitar yardımın göstərilməsi ilə bağlı ikili standartları misal kimi göstərilə bilər.

"Report"un ABŞ bürosu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerə ölkənin islamofobiya ilə mübarizə üzrə hazırlanan ilk milli strategiyası ilə bağlı sual ünvanlayıb. Ermənistanla müqayisədə Azərbaycana qarşı humanitar yardımların göstərilməsində edilən ayrı-seçkiliyin islamofobiya əlaməti kimi qeyd olunmaqla Dövlət Departamentindən bunun izahı istənilib. Bundan başqa, qəbul ediləcək islamofobiya ilə mübarizə strategiyasının ABŞ-ın xarici siyasətinə təsir edib-etməyəcəyi də sorğulanıb.

Sözçü bildirib ki, "Birləşmiş Ştatlar hər yerdə cəsarətlə müsəlmanlara qarşı nifrətə qarşı mübarizə aparır”: "Dinə və ya inanca əsaslanan bu nifrətlərlə üzləşmək geniş yayılıb. Eyni zamanda bunun insan hüquqlarından azad və bərabər şəkildə istifadə edilməsinin qarşısını alan digər siyasət və prioritetlərlə necə kəsişdiyini anlamalıyıq. Müsəlmanlara qarşı nifrət, ayrı-seçkilik və zorakılıq təkcə müsəlmanları incitmir. Çünki bu, çox vaxt müsəlmanlar, terrorizm, ksenofobiya, irqçilik arasındakı qavrayışlar və yanlış fərziyyələrlə sıx bağlıdır.

Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərə humanitar yardımın göstərilməsi ilə bağlı ikili standartlara gəlincə, sözçü qeyd edib ki, Birləşmiş Ştatlar qaçqınların məskunlaşdırılması da daxil olmaqla, beynəlxalq humanitar tədbirlərdə qlobal liderdir və bundan sonra da belə olacaq: "Biz dünyanın ən həssas təbəqələrinə təhlükəsiz sığınacaq və humanitar yardım proqramlarına ayrı-seçkilik olmadan təhlükəsiz çıxış təqdim etməyə davam edəcəyik".

Göründüyü kimi, ünvanlanmış sual konkret məqamlara toxunulmadan mahiyyət üzrə cavablandırılmayıb. Eyni zamanda, ABŞ Dövlət Departamentinin sözçüsü "Report"un ABŞ bürosuna qeyd edilən suallarla bağlı Ağ Ev-in mətbuat xidmətinə müraciət olunmasını xahiş edib. Yaxın zamanda müvafiq mövzuda Ağ Ev-in də yanaşmasının yayımlanması nəzərdə tutulub.


Son xəbərlər

Ərdoğan Amerikaya gedəcək

"Qəbzlərin ölüm təhlükəsi var" - XƏBƏRDARLIQ

Şənbə günü 25° isti olacaq

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

"Bravo"dan yemək aldı, içindən dırnaq çıxdı - ŞOK görüntülər !

Bakının bu ərazisində evlər plana düşdü: Kompensasiya nə qədər olacaq?

Azərbaycanlı İŞİD-çi qohumlara hökm oxundu - Ağır cəza

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad - VİDEO

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Maqnit qasırğası gözlənilir

Komitə sədrindən boşanmalar və erkən nikahlarla bağlı AÇIQLAMA

DİN-in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

İrəvan günə etirazlarla başladı - VİDEO

İlham Əliyev və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

"Dollar və avro lazımsız valyutalardır" - Lukaşenko

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Paşinyanın istefası tələbi niyə cavabsız qalıb?

Paytaxtın iki rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR... - "ƏMİN" ƏLLƏRDƏDİR...

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

"Meliorasiya və Su Təsərrüfatı"nın 2 idarəsi birləşir

Azərbaycanlı müğənni kamerunlu bəylə evlənib - VİDEO

Məhkəmə onlarla bağlı qərar VERDİ

Rəhmon Putini miqrantlar məsələsini müzakirə etməyə dəvət EDİB

Xocalıda insan qalıqları TAPILDI

Dövlət Su Ehtiyatları Agentliyinin daxilində gərgin anlar yaşanır - ŞOK məlumat

İlin sonuna kimi Cəbrayıla 712 ailə köçürüləcək - VİDEO

Bu Avropa ölkələri Fələstinin müstəqilliyini tanıya bilər

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq

Bütün xəbərlər