Gündəm

ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycan

ABŞ Dövlət Departamenti martın 20-də dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını açıqlayıb.

MUMtv.az” “ Amerikanın səsi” Radiosunun Tvitter hesabındakı paylaşıma istinad edərək xəbər verir ki, hesabatın Azərbaycan bölümündə qeyd edilir ki, Azərbaycanda əsassız həbslər, sərt, bəzən isə həyat üçün təhlükəli həbsxana şəraiti, siyasi məhbuslar, ölkə xaricində ayrı-ayrı şəxslərə qarşı siyasi motivlərlə qisasçılıq, ədliyyənin müstəqilliyi ilə bağlı problemlərin olması, şəxsi həyata müdaxilə, ifadə və media azadlığının məhdudlaşdırılması, internet saytlarının bloklanması, sərbəst toplaşmalara faktiki qadağan, hərəkət azadlığının pozulması, sistematik hökumət korrupsiyası, LGBTQI+ qarşı təzyiqlər, uşaq əməyinin istismarı kimi hallar barədə məlumatlar daxil olub.

Sənəddə deyilir ki, habelə Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz və qəddarlıqla qətllərə, alçaldıcı və pis rəftara dair inandırıcı məlumatlar var.

Hesabatda "Tərtər işi" ilə bağlı qeydlər də yer alıb. Sənəddə bildirilir ki, bu iş üzrə istintaq bərpa edilsə də, hələlik casusluqda ittiham olunan 12 nəfər həbsdə qalır.

Hesabat sənədində bir sıra başqa şəxslərin – fəalların, hüquq müdafiəçilərinin, jurnalistlərin qanunsuz saxlanmasından və ya həbs olunmasından bəhs olunur və deyilir ki, Azərbaycanda ümumiyyətlə həbs və saxlanma zamanı qanunsuzluqlara yol verilməsi davam edir. Qeyd olunur ki, ölkədə zaminə buraxma sistemi mövcud olsa da, hakimlər ötən il ərzində bu prosedurdan istifadə etməyiblər.

Bundan əlavə sənəddə qeyd edilir ki, Azərbaycan Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin işgəncələrə yol verdiyinə dair xəbərlər gəlməkdə davam edib.

"Bu xəbərlərdən birinə görə Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Mail Kərimov və Süleyman Ələkbərov ötən ilin mayın 20-də məhkəmə dinləməsinə gəldiklərinə görə işgəncəyə məruz qalıblar. Onlar iddia ediblər ki, tanımadıqları yerə aparıblar, döyüblər və zorlama ilə hədələyiblər. Bundan sonra onların bir daha məhkəməyə gəlməyəcəklərini bəyan etməsi videoaya çəkilib", departamentin hesabatında deyilir.

MUMtv.az
Aynur Qasımova


Son xəbərlər

“AzerGold” QSC və CASPISNET arasında görüş keçirilib - FOTO

Bu şəxslərlə bağlı yeni cərimələr müəyyən edilir

Putin və Paşinyan bu gün görüşəcək

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul etdi

Şənbə günü 32° isti olacaq

Parlament gömrüklə bağlı bu Sazişi təsdiqlədi

Milli Məclis daha iki sazişi ratifikasiya edib

"Azərbaycanda övladsız ailələrin sayı çoxalır" - Komitə sədri

BMT nümayəndəsinin ölkəyə girişinə qadağa qoydular

Milli Məclisdə yeni təyinat

ADAU təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

Azərbaycan İtaliyadan təyyarələr alır

"Hovers Group MMC" Qarabağda 13,5 milyon manata 7 bina tikəcək - TENDER NƏTİCƏSİ

Həbs edilən vəzifəli şəxsdən XƏBƏR VAR

DYP sürücülərə müraciət etdi

Rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Cəlilabad rayonunda EKOLOJİ TERROR - NARAZILIQ VAR...

"Körpü-Bina-Tikinti MMC" Qarabağda 20,3 milyon manata 12 bina tikəcək - TENDER NƏTİCƏSİ

Uşaqlar yox...onların ataları FHN-yə bir buyursunlar... - Kəmaləddin Heydərovla bağlı ŞOK FAKTLAR...

Rusiyalı repçi qəzada öldü

Azərbaycan nefti ucuzlaşdı

76 yaşlı qocaman başçı rayonda bütün torpaqlara “əl” qoyaraq qarış-qarış satıb.Vətəndaş şikayəti-Video

Göygöl prokuroru İlqar Hacızadənin 200 minlik maşınının şəkilləri yayılıb

Zelenski G20 sammitinə dəvət edilməyəcək

“Nərmin işi”nə yenidən baxılacaq? - AÇIQLAMA

Leysan yağacaq, dolu düşəcək - Sabahın havası

“Mərkəzə gələn yoxlamaya əvvəlcədən rüşvət verilib” - QALMAQAL

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq - FOTOLAR

Əfqanıstanda məsciddə terror aktı törədildi

"Rusiya hökuməti Ermənistanı tərk etdi" - Alman deputat

Bakıda evə basqın - SAXLANILANLAR VAR

Dələduzlar “AzDrama”nın adından belə istifadə etdi

Bütün xəbərlər