Gündəm

Xəzərin səviyyəsi ilə bağlı vacib açıqlama: 2050-ci ilə qədər...

"2050-ci ilə qədər Xəzərin səviyyəsinin enmə ehtimalı böyükdür".

"MUMtv.az" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi Həsən Nəbiyev Xəzər dənizinin səviyyə dəyişməsinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması məqsədilə yaradılmış ekspert qrupunun iclasında deyib.

H.Nəbiyev Xəzər dənizinin səviyyə tərəddüdlərinə Günəş aktivliyi və atmosfer sirkulyasiyasının da təsir etdiyini diqqətə çatdırıb: "Bir təsnifat var və orada E, V W və C prosesləri ayrılır. V və W prosesləri Qərbdən gələn hava kütlələrinin üstünlük təşkil etməsidir. E və C isə meridianal proseslərdir. Xəzər dənizinin səviyyəsini tədqiq etmək üçün həmin təsnifatdan istifadə etdik. Məlum oldu ki, V proseslərinin artması, yəni Qərbdən gələn hava kütlələrinin üstünlük təşkil etməsi Xəzər dənizinin səviyyəsinin artması ilə uyğunlaşır. Dənizin səviyyəsinin enməsi E proseslərinin - meridianal proseslərin artması ilə üst-üstə düşür. Nə qədər ki, meridianal proseslər davam edəcək, Xəzərin enməsi də davam edəcək. Proqnoza görə, 2050-ci ilə qədər E və C prosesləri üstünlük təşkil edəcək. O zamana qədər Xəzər dənizinin səviyyəsinin enməsi ehtimalı böyükdür. 2050-2052-ci ildən sonra V proseslərinin təkrarlanması ehtimalı var. Bundan sonra Xəzərin səviyyəsində qalxmaları müşahidə etmək olar. Bu onu göstərir ki, Xəzərin səviyyəsində tərəddüdlər Günəş aktivliyi və atmosfer sirkulyasiyası ilə də əlaqəlidir. Təbii ki, burada digər amilləri də nəzərə almaq lazımdır".

Son xəbərlər

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Bütün xəbərlər