Gündəm
Gündəm / Hadisə
Bakıda itkin düşmüş qadının meyiti dəniz sahilində tapılıb
Bakıda itkin düşmüş qadının meyiti tapılıb.
"Report”un xəbərinə görə, paytaxt sakini, 38 yaşlı Sevinc Sultanova yanvar ayında itkin düşüb.
Onun meyiti təxminən 2 ay sonra Xəzər dənizinin sahilində tapılıb.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda arşadırma aparılır.