Gündəm

Peşəsini sevməyən peşəkar ola bilməz

Peşəkarlığı və qayğıkeşliyi ilə seçilən şərəfli ədliyyə peşəsinin əməkdaşına eşq olsun!
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
SURƏTİ : Azərbaycan Respublikasının Ədliyyə Naziri Cənab Fikrət Məmmədova
SURƏTİ : Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili ( OMBUDSMAN) Xanım Səbinə Əliyevaya
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən

MİNNƏTDARLIQ

Həyatda hər bir kamil insanın xarakterini müəyyənləşdirən xüsusi və həlledici xüsusiyyətlər var. Cəmiyyətdə seçilmiş insanların çoxluq tərəfindən sevilməsi, hörmətə layiq görülməsi və fərqlənməsi bu önəmli xüsusiyyətlərin üzə çıxmasından başlayır. Davranışı, əqli, fikri və ədəb- ərkanı ilə özünü təsdiq edən, əməyi ilə həyatın gözəlliyini artıran namuslu insan şəxsiyyətdir.

Ürəyi günəş kimi isti, mayası xeyirxahlıqla yoğrulan Azərbaycan Respublikasının Ədliyyə nazirliyinin əməkdaşı çox hörmətli Emin müəllimi tanıyan hər kəsdə sonsuz sadəliyi ilə heyrət doğuran belə bənzərsiz insanlardan biri haqqında fikirlərimi sevərək qələmə almaq keçdi ürəyimdən.
Məlum məsələdir ki, insanın mükəmməlliyi də, milli- mənəvi ruha köklənməsi də onun soykökünün şərəfli və ləyaqətli olmasından başlayır.
Ədliyyə nazirliyi Penitensiar Xidmətinin 14 saylı MTCM- nin əməkdaşı Əliyev Emin Məlik oğlunun büllur kimi təmiz adı harada çəkilirsə, orada insanların üzünə xoş təbəssüm qonur və adamı iftixar hissi bürüyür. Çox hörmətli Emin müəllim hər vaxt öz qürurunu və bütövlüyünü qoruyan, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran əliaçıq, təmkinli, qəlb ovudub, könül tikən, elmli və geniş dünyagörüşlü bir ədliyyə əməkdaşıdır. İllərdir sözün tam mənasında insanlığına, qeyri-adi səmimiliyinə, ətrafında olan hər bir kəsə göstərdiyi diqqətinə, və mərhəmətinə məftun olduğum, pafoslu "sağ ol "ları və təşəkkürləri sevməyən, etdiyi yaxşılıqları dilə alınmasına ehtiyac duymayan Emin müəllim haqqında yazdığım yazıda bu üzdən necə ehtiyatla davranmağıma tək özüm şahidəm.

Yetərincə təvazökarlığa sahib olan bu möhtərəm insan, haqq sayına və yaxşılıqlarına rəğmən kimlərinsə bir kəlmə minnətdarlıq bildirməsinə əsla izin verməz və hətta bundan narahat olar. Bu da "sağ olun" demək istəyənin sözünü ehmalca kəsib " siz də belə edərdiniz " deyib keçən, " əl tutmaq Əlindən qalıb " fikrinə önəm verən, " Allah hər şeyi görüb- biləndir " düşünən yüksək mənəvi dəyərlərə xidmət edən insanın möhtəşəmliyinin bariz nümunəsidir.

Təəssüf ki, gördüklərimin və demək istədiklərimin hamısını bir yazıda işıqlandıra bilmirəm. Lakin, insanı təəccübləndirən danılmaz məqamları öz qəlb süzgəcimdən bacardığım qədər keçirib, ön və son sözə yer vermədən , qəlbimdə iftixar və minnətdarlıq duyğusu ilə öz düşüncələrimi qələmimə pıçıldayıram.

Peşəkarlığı və qayğıkeşliyi ilə seçilən, şərəfli və çətin ədliyyə peşəsinin əməkdaşı çox hörmətli Emin müəllimə Allahtaladan sağlam can sağlığı və uzun ömür, dövləti fəaliyyətində uğurlar arzulayıram, Azərbaycan Respublikasının Ədliyyə Naziri Cənab Fikrət Məmmədova, aidiyyatı qurumlara belə bir ədliyyə əməkdaşının ədliyyə sistemində vəzifəyə təyin edilərək çalışmasına şərait yaratdıqları üçün vətəndaş olaraq öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm!
Hörmətlə,
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu

Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər