Gündəm
Gündəm / Cəmiyyət / Hadisə / Dünya
Türkiyə ordusu şəhid verdi
İraqın şimalında baş verən partlayış nəticəsində bir türk əsgəri şəhid olub.
“MUMtv.az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“25 avqust 2023-cü il tarixində “Pəncə-Qala” əməliyyatı zonasına separatçı terror təşkilatı üzvləri tərəfindən yerləşdirilmiş əldəqayırma partlayıcının partlaması nəticəsində ağır yaralanan sıravi əsgər Erkan Selçuk xəstəxanaya aparılıb. Görülən bütün tədbirlərə baxmayaraq, Səlcuqun həyatını xilas etmək mümkün olmayıb”, - deyə məlumatda bildirilir.