Gündəm

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR

Sumqayıtın icra başçısı Zakir Fərəcov şəhərin Dənizkənarı Bulvarını qarış-qarış satıb.

"MUMtv.az" JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, bu barədə şəhər sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, icra başçısı Bulvarda bütün yerləri satdığından sakinlərin gəzməsi və istirahəti problemə çevrilib. Belə ki, satılan ərazilərdə ya iaşə obyektləri tikilib, ya da oturmaq üçün heç bir şərait yaradılmayıb.

Yerli sakinlərin etirazına baxmayaraq, satılan ərazilərdə tikiti işləri davam etdirilir. İnsanlar ərazidə tikinti aparan şəxslərə iradlarını bildirsələr də, onlara verilən cavab çox qəribə olub: “Pulumuzu verib, yerimizi almışıq. Öz ərazimizdir, tikinti işlərini aparmaq üçün icazəmiz də var. Gedin, kimə istəyirsiz şikayət edin”.

Sumqayıt əhalisi bununla bağlı tədbir görülməsini, onlar üçün Bulvarda şərait yaradılmasını tələb edirlər.

Maraqlıdır ki, Bulvar ərazisi qanunla şəxsi adamlara satıla bilməz. Həmin ərazilər dövlətin balansındadır. Bu ərazilər Əmlak Komitəsinin çıxardığı rəy və keçirdiyi hərraca əsasən özəlləşdirilə bilər ki, hazırda belə bir qərar yoxdur. O zaman sual yaranır: Zakir Fərəcov hansı qanuna əsaslanaraq, Bulvar ərazisini şəxslər və ya iş adamlarına satıb?

Bu əsnada bildirək ki, Zakir Fərəcovun iş adamlarına 50 milyon manat borclu olduğu iddia edilir. Bildirilir ki, həmin borc şəhərdə həyata keçirilən yenidənqurma və tikinti işləri nəticəsində yaranıb. Belə ki, icra başçısı dövlət büdcəsindən ayrılmış pulları öz məqsədləri üçün istifadə etdiyindən, görülən işlərin pullarını ödəməyib. Nəticədə, böyük məbləğli borcun yaranması baş verib ki, bu da qalmaqala səbəb olub.

Elə bu səbəbdəndir ki, Sumqayıtdan olan iş adamları şəhər Dənizkənarı Bulvarının qarış-qarış satılmasını istehza ilə “Fərəcov borclarını bağlamaq üçün əvvəlcə Bulvarı, axırda isə Sumqayıtı satacaq” deyirlər.

Onu da bidirək ki, Sumqayıtda təkcə, Bulvar deyil, dəniz kənarındakı boş sahələr də satışa çıxarılıb. Yerli və kənar iş adamlarına təklif edilir ki, həmin əraziləri alsınlar. Sakinlər deyirlər ki, belə davam edərsə, Zakir Fərəcov şəhərdə və dənizin kənarında bir qarış belə boş yer saxlamayacaq və hamısını satacaq.

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər