Gündəm

Xətainin icra başçısı şuluq-şuluq işlərlə məşğuldur... - İTTİHAM VAR!

Xətai rayonu, Nobel prospektində sökülən 80 nömrəli binanın sakinləri rayonun icra hakimiyyəti ilə kompensasiya problemi yaşayırlar.

MUMtv.az: - Binanın bir qrup sakinləri iddia edirlər ki, Xətai Rayon İcra Hakimiyyətindən iki-üç ailəyə mənzilin hər kvadratmetri üçün 1700-2 min manat, yerdə qalan ailələrə isə 1500 manat kompensasiya ödənilib.

Ailələr iddia edirlər ki, kompensasiyanın ödənilməsində yeyinti faktoru var.

Xatırladaq ki, bu binada yaşayan 17 ailə uzun illər ağır şəraitdə yaşamağa məhkum olunmuşdular. Binanın hər an uçub dağılmaq təhlükəsi vardı. Onların harayı xeyli müddət mediada, sosial şəbəkələrdə ucaldılsa da, aidiyyatı qurumlardan eşidən yox idi. Nəhayət bu ilin əvvəlində haraya cavab gəldi. Belə ki, binanın sökülüməsinə qərar verildi. Əvəzində isə sakinlərə mənzillərin hər kvadratmetri üçün 1500 manat kompensasiya nəzərdə tutulduğunu açıqladı.

Şəhərin əsas prospektlərindən birində yerləşən ərazi üçün hər kvadratmetrə 1500 manat ödənilməsi təbii ki sakinləri razı sala bilməzdi. Özü də binanın Ağ Şəhər ərazisinə daxil olduğunu nəzərə alsaq, rəqəm gülünc görünürdü. Alternativ də yox idi. Yəni ən azından digər variant kimi onları həmin ərazidə normal şəraiti olan mənzillərə köçürülməsi nəzərdə tutulmurdu. Bakıda mənzillərin qiymətinin fantastik dərəcədə baha olduğunu nəzərə alsaq, sakinlər onlara ödənilən kompensasiya ilə ən yaxşı halda paytaxtın ucqar yaşayış məntəqələrində həyət evi ala bilərdilər. Buna görə də bina sakinləri nəzərdə tutulan məbləğə etiraz etdilər.

Sakinlər iddia edir ki, binanın söküntüsü zamanı korrupsiya hallarına yol verilib. Onların sözlərinə görə, verilən kompensasiyanın miqdarından narazı olduqları halda onlara bildirilib ki, hər kvadrat üçün 1500 manatda artıq heç kimə pul ödənilməyəcək.

Sakinlər deyir ki, bundan sonra məcbur qalıb, sənədlərə qol çəkiblər, lakin sonradan müəyyən məqamlar üzə çıxıb. Onlar iddia edirlər ki, bəzi sakinlərə hər kvadrat üçün 1700- 2000 manat ödəniş olunub və həmin sakinlərə tapşırılıb ki, digər qonşular bundan məlumatlı olmasın.

Sakinlər bildirir ki, onlar verilən kompensasiyanın azlığı səbəbindən özlərinə hələ də mənzil ala bilməyiblər. İcra Hakimiyyətindən kompensasiya təkrar baxılması istəklərinə isə müsbət cavab verilmir.

Evləri sökülən, kirayələrdə yaşamağa məcbur olan sakinlər aidiyyatı dövlət qurumlarının, xüsusilə də Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin onların problemlərinə baxmamasından şikayətlənir. Bu üzdən də onlar etiraz aksiyalarına başlamağa qərar veriblər. Sakinlər yaxın günlərdə Prezident Administrasiyasının qarşısında aksiya keçirməyi düşünürlər. Eyni zamanda onlar problemin hüquqi müstəvidə aparılması, lazım gəlsə, bu işi beynəlxalq məhkəmələrə aparılmasında da israr edəcəklərini bildiriblər.

Bu azmış kimi, Xətai icra hakimiyyətinin rəsmisi özlərinə məxsus sakinlərin ziyanına boş-boş açıqlamalar verir. Onlar iddia edir ki, sakinlərə kompensasiya ödənilməsində heç bir ayrı seçkilik olmayıb.

Əvvəla deyək ki, bu açıqlama rəsmi qurum açıqlaması deyil.

Bu necə danışıqdı?

“Elə bil küçədə kirminal aləmin üzvüləri söhbət həll edir.

Necə deyirlər, çox gülüş doğuran açıqlama…

Belə çıxır ki, Xətai icra hakimiyyəti insanları münaqişəyə çağırırlar, əgər sakinlərin dediyi kimi deyilsə sübüt təqdim etsinlər.

Xətai icra hakimiyyəti kimi aldadır?

Birdə bina artıq sökülüb. Əgər sakinlərin dedikləri yalandırsa Xətai icra hakimiyyəti rəsmi sübutlar təqdim etsinlər.

Yox əgər təqdim edə bilmirlərsə, qohumbazlığı, yerlibazlığı, tapşırığı kənara qoyub, orada yaşayan sakinlərin hamısı ilə eyni qayda ilə razılaşsınlar. //xəbəral.az//


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər