Gündəm

Sumqayıtın zülmət içində olan GÜNDÜZÜ... - Şəhəri barmağına dolayıb...

Sumqayıtda qəribə vəziyyət yaranıb.

"MUMtv.az" JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, qəribəliyə səbəb ölkənin üçüncü böyük şəhərinin kim tərəfindən idarə olunması ilə bağlıdır.

Məsələ belədir ki, hal hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı rəsmi olaraq Zakir Fərəcovdur. Lakin onun səhhətində son zamanlar yaranmış problem səbəbindən davamlı olaraq, işə gedib-gələ bilmədiyi deyilir. İddalara görə, Fərəcov xeyli müddətdir xəstəlikdən əziyyət çəkir və mütəmadi olaraq, Almaniya və ya İsraildə müalicə alır. Hətta o da bildirilir ki, icra başçısı ötən ilin sonlarına yaxın əməliyyat belə olunub. Elə bu səbəbdən də Zakir Fərəcovun əksər rəsmi tədbirlərə qatılmadığı, işdə isə yalnız günün birinci yarısı gəldiyi deyilir.

Qayıdaq, Sumqayıtın idarəçiliyinin kimin əlində olması məsələsinə. Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının faktiki olaraq bir neçə müavinləri var. Müxtəlif sahələr üzrə təyinat almış müavinlər icra başçısı olmadığı təqdirdə, şəhərin idarəçiliyini həyata keçirməlidirlər. Lakin faktiki olaraq, Sumqayıtın idarəçiliyini İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev reallaşdırır.

JAMAZ.İNFO-ya verilən məlumatlarda deyilir ki, Gündüz Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir. Son zamanlar isə o, bir il bundan öncə vəfat etmiş və postu hələ də boş qalmış müavinlərdən birinin səlahiyyətlərini icra edir. Məlumatlara görə, Əliyev bir ildir ki, müavin olmaq üçün çalışır və bu məqsədlə bir sıra idarəetmə işlərini həyata keçirir. Hətta onun təqdimatının iki dəfə Prezident Admnistrasiyasından geri qaytarıldığına dair xəbərlər də var. Məlumata görə, admnistrasiya Gündüz Əliyevin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə məqbul hesab etmir.

Qeyd edək ki, Gündüz Əliyev tez-tez bu məsələdən şikayətlənərək, müavin ola bilməməsinin günahını ayrı-ayrı adamlarda axtarır. Hətta İcra Hakimiyyətində çalışan adi işçilərdən belə şübhələnir. Lakin bu problemin yaranmasına səbəb heç də hansısa məmur və ya işçi deyil. Əsas səbəb Gündüz Əliyevin Sumqayıt şəhərindən olan Qazilərlə yola getməməsi və adının bir sıra qalmaqallara qarışmasıdır. Məlumatlı mənbələrin dediyinə görə, hələ ötən il bir qrup Qazini qəbul edən Gündüz Əliyev ilk dəfə onlara müxtəlif vədlər verərək, yola salıb. Lakin bir müddət sonra həmin Qazilər vədlərin yerinə yetirilmədiyi səbəbindən təkrar şöbə müdiri ilə görüşməyə cəhd edirlər. Bu zaman Gündüz Əliyev onlarla kobud davranaraq, qəbul otağından çıxarılmaları barədə göstəriş verib. Həmin vaxt məsələnin sədası Prezident Admnistrasiyasına qədər gedib çatıb. Elə həmin zamandan onun müavin olmaq arzusu xəyala çevrilib.

Lakin Gündüz Əliyevin son bir neçə ayda az qala icra başçısının funksiyasını da mənimsəyərək, bütün sahələrin işinə müdaxilə edir. Şəhərdə daşı daşın üstünə qoymaq üçün də onun icazəsi və “razılığı” alınmalıdır. Həmin “razılığın” alınması isə ayrıca bir həngamədir.

Bildirək ki, Gündüz Əliyevin adın əvvəllər də qalmaqallara qarışıb. Məsələn, onun tender oyunlarının əsas aparıcı simalarından biri olduğu deyilirdi. Elə buna görə də, Sumqayıtda bütün təmir-tikinti işlərinin nəzarətini də ələ keçirməyə nail olmuşdu. Həmin tender oyunları sayəsində imkanlarını genişləndirən sözügedən şöbə müdirinin Sumqayıt Bulvarında qolf stadionu və xeyli sayda restoran və mülkləri olduğu deyilir. Bundan başqa, onun adı “MTN işi”ndə də hallanırdı. İddia edilirdi ki, şöbə müdiri ləğv edilmiş MTN-in rəhbərliyinə aylıq “xərac” verirmiş.

Son zamanlar isə işdə tapılmayan, əsasən Sumqayıt Nəqliyyat MMC-nin binasında əyləşən Gündüz Əliyev bütün qəbullarını oradan həyata keçirir. Onun sözügedən məkana daşınmasının səbəbini isə onunla bağlayırlar ki, Gündüz Əliyev yeni təyinat almış MMC rəhbərinə güvənmir və Fərəcovun gözündən də onu salmağı bacarıb. Özü isə yığılan pulları toplamaqla məşğuldur. İddia edilir ki, nəqliyyat sektorundan toplanan pulların hamısı Əliyevin ixtiyarındadır və onun cüzi bir hissəsini lazım olan adamlara verməklə kifayətlənir.

Bildirək ki, Gündüz Əliyevə qarşı ciddi ittihamlar var. Bu ittihamların da əsas tərəfi Qazilərdir. Onlar Sumqayıtda bir sıra problemlərinin həll edilməməsinin günahkarı kimi, şöbə müdirini görürlər.

Qarşi tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Oxunub: 69

Son xəbərlər

Sabah 25 dərəcə isti olacaq

Putinin maketi karnavalda təqdim edildi

Keçmiş bələdiyyə işçisi sədr haqqında elə sözlər dedi ki... - ŞOK AÇIQLAMALAR

Zelenski dünya liderlərinə müraciət edəcək

Türkiyə qırıcıları Bakı səmasında

Prezident Roma Papasına məktub göndərdi

Azərbaycanda polis havaya ATƏŞ AÇDI

Elbrus zirvəsində 30-a yaxın şəxslə əlaqə itib

Naxçıvan əhalisinin sayı artıb

DİQQƏT ! - Bu səhiyyə oçağında ÖLÜLƏR ÜÇÜN DƏ SAĞLAMLIQ HAQQINDA ARAYIŞ SATILIR // VİDEOFAKT

"Hubble" teleskopu kainatda unikal yerin şəkilini çəkdi

Taleyin ağır sınaqlarına sinə gərən sənətkarın etirafları // MÜSAHİBƏ

Bu gün Əfv komissiyasının sonuncu iclası keçiriləcək

İrəvanda Paşinyanın istefası tələbi ilə növbəti avtoyürüş - VİDEO

ASCO-nun sədr müavini İŞDƏN ÇIXDI

"Dünyada qaçqınların sayı 100 milyonu ötüb" - BMT

Taxtakörpü su anbarı ən mühüm hidrotexniki qurğulardandır - FOTOLAR

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Metroda qadının çantasından telefon və pul oğurlandı

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Rusiya Finlandiyaya qaz tədarükünü dayandırdı

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

“AZƏRLOTEREYA”NIN “MİSLİ” GÖRÜNMƏMİŞ YALANI - əhalini qumarbaza, ölkəni qumarxanaya çevirənlər - ARAŞDIRMA

Alça 10, gilas 20 manat... - Yerli məhsulların qiyməti niyə düşmür?

Putin müharibəni qəsdən uzadır: hədəfi budur

Azərbaycan nefti bahalaşdı

Bütün xəbərlər