Gündəm

Sumqayıtda sahibkarlar Zakir Fərəcovla üz-üzə gəldilər – MƏHKƏMƏ İŞİ

 

 
Mumtv.az: - Sumqayıtdan olan bir qrup sahibkar şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu məhkəməyə veriblər.

Bu şikayətçilər Sumqayıtda yerləşən "Şərq Bazarı” deyilən ərazidəki 66 sahibkarlardır.
Onlar bildirirlər ki, 2017-ci ildə "Şərq Bazarı” ərazisində yerləşən 66 dükan hələ 2017-ci ildə sökülüb.
Sahibkarlar qeyd edirlər ki, sözügedən problem hələ Eldar Əzizovun icra başçısı olduğu dönəmdə baş qaldırıb və Zakir Fərəcov vəzifə başına keçəndən sonra məhkəmə qərarı olmadan həmin ticarət yerlərini sökdürüb.
Şikayətdə vurğulanır ki, həmin vaxt Sumqayıtın icra başçısı sökülən dükanların mülkiyyət sənədlərinin olduğunu etiraf edib və söküntü ilə əlaqədar sahibkarlara 18 kv.metr sahəsi olan yeni dükanlar veriləcək: "Bu dükanlar təmannasız verilməlidir. Həmin məsələ də sənəddə öz əksini tapıb. Söküntüdən sonra bizə 19 may 2017-ci il tarixli 554 saylı sərəncama əsasən, yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu da verilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun müavini Sahib Quliyevin (dünyasını dəyişib) imzaladığı zəmanət məktubunda deyilir ki, Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir: "İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv. m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18 kv. m təmirsiz ticarət mərkəzi veriləcək”. Bir vaxtlar gündəmdə olan məsələ ilk baxışdan həllini tapmış kimi göründü”.

Sahibkarlar bildirirlər ki, həmin vaxtdan 4 ilə yaxın vaxt keçib, amma indiyəcən onların hüquqları təmin olunmayıb: "İcra hakimiyyətinin verdiyi vədlər vəd olaraq qalıb. Belə ki, söküntünün üstündən 4 il vaxt keçməsinə baxmayaraq, deyilən ticarət mərkəzi nəinki tikilməyib, heç onun tikintisinə başlanılmayıb da. Halbuki İcra Hakimiyyəti 66 dükanı tez bir zamanda, hətta malları belə yığmağa imkan vermədən, mülkiyyət hüquqlarlarımız pozaraq məhkəməqərarı olmadan tez-bazar qanunsuz olaraq sökdürdü. Ölkə qanunlarına görə isə mülkiyyət hüququ, bəzi hallar -dövlət ehtiyacı istisna olmaqla toxunulmazdır”.

Onlar qeyd edirlər ki, bütün məhkəmə instansiyaları sahibkarların xeyrinə qərar çıxarıb.

Onların sözlərinə görə, obyeklərin birmənalı olaraq sahibkarların mülkiyyəti kimi tanıyıb: "8 sot ərazidə yerləşən 44 mağaza sahibinin Əmlak Komitəsi tərəfindən verilən mülkiyyət çıxarışı da var. Ancaq nəticədə bütün bu qərarlar, qanunlar Zakir Fərəcov tərəfindən tanınmayaraq, obyektlərimiz yerlə-yeksan edildi”.

Şikayətçilər qeyd edirlər ki, "Şərq Bazarı”nın Rəşid Babayevə aid olan hissələrinin – yol kənarındakı meyvə-tərəvəz bazarının yığışdırılması başadüşülən idi: "Amma arada "qurunun oduna yaş da getdi”. Abadlaşma bəhanəsi ilə sənədləri tam qaydasında olan 66 sahibkarın da dükanları söküldü”.

Şikayətçilər deyirlər ki, onlar dükanlarını öz vəsaitləri hesabına tikməyə də razı olublar, amma Zakir Fərəcov tikinti işlərinin dayandırılması barədə göstəriş verib: "Bütün bunlar göstərir ki, əvvəlcədən məqsəd abadlıq yox, necə olursa olsun, dükanlarımızı bir bəhanə ilə sökmək və əlimizdən almaq idi”.

Onların şikayət etmədikləri instansiya qalmayıb, lakin sumqayıtlı sahibkarlara heç bir yardım edilməyib və köməklik göstərilməyib. Elə bu səbəbdən də onlar yekunda qərara gəliblər ki, sökülən dükanlarına görə onlara dəymiş maddi ziyana görə, təzminat davası açsınlar.

Bu məqsədlə onlar Sumqayıt İnzibati Məhkəməsinə Sumqayıt İcra Hakimiyyətinə qarşı söküntünün qanunsuz hesab edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi kompensasiya tələbi ilə müraciət ediblər: "Lakin Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova haqlı iddiamızı icraata götürmədi və işə baxmaqdan imtina edildi. Yalnız Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etdikdən 3 ay sonra qərar qəbul olundu ki, məsələmizə məhkəmədə baxılsın. Ancaq Vəfa Əzizova bizə qarşı qərəzli və Zakir Fərəcovun qohumu olduğundan biz işə onun baxılmasına etiraz verdik. Bu ilin mart ayında o hakimdən imtina haqda etirazımız qəbul olundu”.
Həmin vaxtdan 4 aya yaxındır vaxt keçməsinə baxmayaraq, İnzibat Məhkəməsinin hakimi İsmayıl Quliyev onların şikayətinə baxmamaraqla yanaşı, həm də prosesi yubadır.
Şikayətçilər deyir ki, hakim Quliyev də məsələyə qərəzli şəkildə yanaşır, özünü Zakir Fərəcovun vəkili kimi aparır.
Sahibkarların hüquqularını tanınmış hüquqşünas İntiqam Əliyev müdafiə edir.
Onların sözlərinə görə, bütün bunlar onlara qarşı baş vermiş qanunsuzluqların bir hissəsidir.
Sumqayıtdan olan bir qrup sahibkarın məhkəmə qarşısında qaldırdığı məsələyə avqustun 2-də baxılacaq.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və qurumun rəsmiləri məsələyə münasibət bildirməyiblər.//GundemXeber.Az

Son xəbərlər

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Bütün xəbərlər