Gündəm

SİMA ilə yeni bank hesablarının açılması SADƏLƏŞDİ

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2023-cü il tarixli Qərarı ilə “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda təsdiq edilən dəyişiklik “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın fəaliyyət dairəsinin daha da genişlənməsinə imkan yaradıb.

"MUMtv.az" xəbər verir ki, dəyişikliyin əsas müddəalarından biri də gücləndirilmiş elektron imza ilə məsafədən bank hesablarının açılmasının mümkünlüyü ilə bağlıdır.

Bu dəyişikliyə əsasən, vətəndaşlar və fərdi sahibkarlar SİMA ilə müştərisi olduğu bankda rahat və sürətli şəkildə yeni hesab açmaq imkanı əldə ediblər.

Müvafiq əməliyyatın həyata keçirilməsi üçün artıq müştərinin banka getməsinə və ya əvvəlki kimi videozənglə təkrar kimliyini təsdiqləməsinə ehtiyac yoxdur.

Belə ki, SİMA rəqəmsal imzaya sahib olan şəxslər bank hesabının açılması üçün müştərisi olduğu banka onlayn qaydada müraciət edərək sonda təsdiq üçün sənədləri məhz elə SİMA gücləndirilmiş elektron imza ilə anında imzalaya bilərlər.

Bankların müştəri məmnuniyyətinin artırılması məqsədilə bu xidməti biometrik həllərə əsaslanaraq həyata keçirməsi üçün SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiya etməsi kifayətdir.

SİMA yeni nəsil rəqəmsal imza ilə xidmətlərin təşkili maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Həmçinin SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı SİMA-nın rəsmi saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Son xəbərlər

Bu, dizlərinizi sağlam saxlayır

Bu gün demarkasiya-delimitasiya protokolu imzalana bilər

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olundu

Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verildi

Qabiliyyət imtahanlarına qeydiyyat başlanır

Nazir mətbuat xidmətinə yeni rəhbər təyin etdi

Bu gün imzalar atılmalıdır: Qazaxın kəndləri və sərhədlə bağlı hansı qərar olacaq?

Bu gün imzalar atılmalıdır: Qazaxın kəndləri və sərhədlə bağlı hansı qərar olacaq?

Türk polislər ölkə hakimiyyətinə qarşı sui-qəsd təşkil etməyi planlaşdırırmış

Yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başladı

Diş çıxaran dərman insanlar üzərində sınaqdan keçiriləcək

Bethovenin kar olmasının səbəbi: Ucuz şərab və dərman... - İDDİA

Etibar Məmmədov deputatlığa namizəd olacaq?

Fironların məqbərəsində sirli yeraltı tikili aşkar edildi

Nazir idarə rəisi olan keçmiş prokuroru vəzifəsindən azad etdi

Bu qəbiristanlıqda kameralar quraşdırılacaq - VİDEO

Ukraynada elektrik enerjisinin verilişi dayandı

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi MÜƏYYƏNLƏŞDİ

"Bu elementlər Azərbaycan Prezidenti ilə razılaşdırılıb" - Paşinyan

Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb

Hansı formada yatmağınız xarakterinizdən xəbər verir

"Respublika Neyrocərrahiyə xəstəxanasının həkimi Aytən Əliyevanın səhlənkarlığına görə sağlamlığımı itirmişəm" - VİDEOŞİKAYƏT

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH...

Bu akademiya publik hüquqi şəxsə çevriləcək

Sürücülərin nəzərinə: “Təmiz hava” aylığı başlayır

Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb — Paşinyan

Azərbaycanda "Ədalət" yalnız adam adıdır - FOTO+VİDEO

Türkiyə və Azərbaycan arasında Türkmənistan qazı ilə bağlı razılıq əldə edildi

Nazirin müşaviri vəzifəsindən azad olundu

Nümayişçilərin prezident sarayına hücumu zamanı 26 əsgər yaralandı

Azərbaycan və Ermənistanın spikerləri bu tarixdə görüşəcəklər

Bütün xəbərlər