Gündəm

Mədəniyyət Nazirliyinin "imtahan-imtahan" oyunu - NƏ BAŞ VERİR?

MUMtv.az: - Mədəniyyət Nazirliyinin "imtahan-imtahan" oyunu davam edir. Musiqi məktəblərinə müllimlərin işə qəbulu müsabiqəsi yekunlaşmamış nazirlik yerdəyişmə müsabiqəsini icra edir. Belə ki, ötən gün musiqi məktəblərinə müəllimlərin yerdəyişməsi üzrə müsahibələr keçirilib.

İşin ilginc tərəfi isə budur ki, Mədəniyyət Nazirliyi musiqi məktəblərinə yerdəyişmə müsabiqəsini ictimaiyyətdən gizli şəkildə həyata keçirir. Mədəniyyət Nazirliyinin rəsmi saytında faktiki olaraq yerdəyişmə ilə bağlı (yerdəyişmənin nə zaman keçiriləcəyi, qeydiyyat, iştirakçıların sayı və s.) öncədən heç bir məlumat verilməyib

Vakant yerlər və qeydiyyatla bağlı gizli link regional mədəniyyət idarələri vasitəsilə öncədən musiqi məktəblərinə göndərilir və hazırda çalışan müəllimlər bu formada müsahibəyə qatılırlar.

Qaydalara əsasən yerdəyişmə müsabiqə şərtləri eyni olan ərazilər daxilində aparılmalıdır. Yəni, digər region məktəblərində çalışanlar Bakı, Sumqayıt, Gəncə və Abşeron istisna olmaqla yerdəyişmə etməlidirlər. Lakin prosesin gizli aparılması şəffaflığın pozulduğuna dair haqlı şübhələr yaradır. Çünki yerdəyişmə üçün nə qədər şəxsin müraciət etdiyi, nə qədər vakansiya verildiyi, vakant yerlərin hansı məktəblər üzrə olduğu bilinmir və nəhayət, yerdəyişmə müsabiqəsinin nəticələri sonda ictimaiyyətə açıqlanmır. Ən azından ötən il açıqlanmamışdı.

Mədəniyyət Nazirliyi saman altından su yeritməklə prosesdə şəffaflığa kölgə salırsa, işlər xısın-xısın görülürsə, deməli, Daşkəsəndə çalışan bir müəllim sadəcə yerdəyişmədə iştirak etməklə iş yerini Bakı və digər müsabiqə şərtləri fərqli regionların məktəblərinin birinə dəyişə bilər. Belə olduğu təqdirdə işə qəbul üçün imtahan vermiş namizədlərə təklif olunması nəzərdə tutulan daha münasib yerlər hazırda iş yeri olanlar tərəfindən tutulmuş olar. Bu halda da yəqin ki, yeni işə qəbul olunmaq istəyənlərə ucqar yerlərdə boşalmış vakansiyalar təqdim ediləcək. Kimlərsə bəlkə həmin təqdim olunan yerlərə gedəcək, amma hesab edirəm ki, çoxları bu vakansiyaları özləri üçün uyğun hesab etməyəcəklər. Belə olan halda, kobud desək "dağ başları" yenə boş qalacaq.
https://ad.doubleclick.net/ddm/pfadx/N1098691.3855432SMARTBEE/B29118340.356464816;sz=0x0;ord=[timestamp];dc_lat=;dc_rdid=;tag_for_child_directed_treatment=;tfua=;dcmt=text/xml;dc_sdk_apis=[APIFRAMEWORKS];dc_omid_p=[OMIDPARTNER];dc_vast=3;gdpr=${GDPR};gdpr_consent=${GDPR_CONSENT_755};ltd=

Digər tərəfdən yerdəyişməyə qatılanlar, əgər, elan olunan vakansiyaları tuturlarsa, o zaman əvvəl çalışdıqları yerlər də vakansiya kimi sistemə düşməlidir. Transferlərin hansı məktəblər üzrə aparıldığı, neçə nəfərin prosesdən keçdiyi açıqlanmadığı üçün onların əvvəlki yerlərinin vakansiyalara çıxarılıb-çıxarılmadığı və yaxud onların saatlarının bölünərək məktəbin digər müəllimlərinə verilmədiyi də məlum olmur.

Əslində isə proses necə olmalıdır?

Musiqi məktəbində vakant yerlər yarandığı təqdirdə bu yerlər açıq şəkildə Mədəniyyət Nazirliyinin sistemində görünməli və ya müsabiqədən əvvəl işə qəbul olunmaq istəyənlər üçün açıqlanmalıdır.

Mədəniyyət Nazirliyi özünü elə aparır ki, sanki prosesdən xəbəri yoxdur, yaxud musiqi məktəblərini Kənd Təsərrüfatı Nazirliyi idarə edir.

Çingiz Səfərli //qaynarinfo.az//


Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər