Gündəm

“Direktorun əri mənə 30 min rüşvət təklif etdi, razılaşdım” - TƏFƏRRÜAT

Rüşvətə görə 10 il 6 ay həbs cəzası alan Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun məhkəmədə verdiyi ifadə məlum olub.

"MUMtv.az"ın Qafqazinfo-ya istinadən məlumatına görə, A.Rəcəbov Gəncə Ağır Cinayətlər Məhkəməsindəki çıxışında rüşvət aldığını etiraf edib.

Özünü təqsirli bilən sabiq rəis musiqi məktəblərindən birində apardığı yoxlama nəticələrinin Mədəniyyət Nazirliyinə təqdim edilməməsi müqabilində ona 30 min manat rüşvət təklif olunduğunu deyib: "Regional mədəniyyət idarəsinin balansında 9 uşaq musiqi məktəbi olub. Gədəbəy rayon Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləyən Təranə Şərifova ilə bağlı məktəbin müəllimləri tərəfindən bir neçə dəfə şikayət olmuşdu. Bu səbəbdən 2022-ci ildə məktəbin fəaliyyətinin yoxlanılması barədə tədbir görmək qərarına gəldim. Komissiya təşkil edib 2 gün müddətində məktəbdə yoxlama keçirdik. Yoxlama zamanı 17 müəllimin adına rəsmiləşdirilmiş əmək haqqı kartlarının direktor Təranə xanımda olduğunu müəyyən etdik. Belə ki, direktor maaş kartlarını özündə saxlayıb hər müəllimə ayda əlbəəl 200-250 manat pul verirmiş. Lakin həmin müəllimlərin kartlarına orta hesabla ayda 1200-1400 manat pul köçürdü.

Yoxlamanın nəticəsinə əsasən, bəlli oldu ki, direktor bu əməlləri nəticəsində dövlət büdcəsinə 300 000 manat ziyan vurub. Yoxlamadan bir neçə gün sonra Təranə xanım xidməti otağıma gəlib işində yol verdiyi nöqsanları bağışlamağımı və onu işdən azad etməyimi xahiş etdi. Mən isə onu bağışlaya bilməyəcəyimi, yoxlama zamanı toplanılmış materialları Mədəniyyət Nazirliyinin Daxili Nəzarət Şöbəsinə təqdim edəcəyimi bildirdim. Dedim ki, böyük ehtimalla materiallar nazirlik tərəfindən prokurorluq orqanlarına göndəriləcək”.
Ətraflı

Azər Rəcəbovun ifadəsinə əsasən, bir neçə gün sonra T.Şərifovanın əri Nazim Şərifov ona 30 min manat təklif edib ki, bu işi ört-basdır eləsin: "Nazim otağıma gəlib "Əgər arvadımı həmin məktəbdə direktor kimi saxlamaq istəmirsənsə, onu başqa məktəbə direktor keçir. Yoxlama nəticələrini və müəllimlərin izahatlarını mənə ver, buna görə sənə 30 000 manat verəcəm” dedi. Razılaşdım, Təranəni Gədəbəy rayon Düzrəsullu uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin edəcəyimi, müəllimlərin izahatlarını və yoxlama nəticələrini isə cırıb atacağımı bildirdim. Nazimdən əvvəlcə 10 000 manat aldım. Lakin bu məbləğdən başqa heç vaxt, heç kimdən rüşvət almamışam”.

Qeyd edək ki, Azər Rəcəbov 2021-ci ildə keçmiş mədəniyyət naziri Anar Kərimov tərəfindən Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. 2022-ci ilin iyununda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. O, Gədəbəy, Daşkəsən, Göygöl və Şəmkir rayonlarında yerləşən, kitabxanalar, mədəniyyət evləri, uşaq musiqi məktəbləri və uşaq incəsənət məktəblərinə direktor təyin edilməsi, ixtisar olunmalı və ya birləşdirilməli kənd klublarının Mədəniyyət Nazirliyinə göndəriləcək siyahıya daxil edilməməsi müqabilində vəzifəli şəxslərdən rüşvət almaqda ittiham olunub. Ayrı-ayrı şəxslərdən 102 min manat rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr müəyyən edilərək barəsində cinayət işi başlanıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.//dia.az


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər