Gündəm

Sevda Məmmədəliyevanın kadrının “ölü canları“

MUMtv.az: - Dövlət Təhlükəsizlik Ximətinin 2020-ci ilin may və 2022-ci ilin noyabr ayında Mədəniyyət nazirliyində keçirdiyi xüusi əməliyyat zamanı aşkara çıxarılan korrupsiya maxinasiyaları cəmiyyətdə şok effekti yaratdı. İllərdir dövlətin mədəniyyət sahəsinə ayırdığı yüz milyonlarla vəsaitin korrupsioner şəbəkə tərəfindən müxtəlif yollarla mənimsənilməsi faktı o zamankı Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəsindən qovulması ilə nəticələndi.

DTX-nin 2022-ci ildə təkrar Mədəniyyət Nazirliyində korrupsiya əməliyyatı keçirməsi zamanı da burada ciddi maxinasiya halları aşkarlandı. Artıq məsələ ilə bağlı xeyli sayda yüksək vəzifəli şəxslər istintaqa da cəlb edilib.

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatlardan nəticə çıxarmayan, Mədəniyyət nazirliyinin tabeliyində fəaliyyət göstərən bəzi müəssisələrdə hələ də dövlətin büdcəsini talayan rəhbər şəxslər var.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə ciddi maxinasiya hallarına yol verən məmurlardan biri də Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru Ülviyyə Nadirovadır.

Samux şəhər Uşaq Musiqi Məktəbi Ülviyyə Nadirova arxası yuxarılara bağlı olan direktorlardandı. Əldə etdiyimiz məlumata görə Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə xüsusi yaxınlığı olan məktəb direktoru yol verdiyi qanunsuzluqların hamısını məhz nazir müavininə arxalandığına görə edir.

Bəzi məclislərdə nazir müavini Sevda Məmmədəliyeva ilə “podruqa” olduğunu xüsusi vurğulayan Ülviyyə Nadirova 2004-cü ildən Samux şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edir.

Bu illər ərzində bir dəfə də olsun məktəbdə ciddi audit aparılmamışdır.

Məlumata görə hazırda məktəbdə xeyli sayda “ölü canlar” var. Belə ki, təsərrüfat, texniki və pedoqoji heyətin bir qismi məktəbə işə gəlmir, onların maaş kartları isə Ülviyyə Nadirovadadır.

Ülviyyə Nadirovanın zamanını Samux şəhər Uşaq Musiqi Məktəbindən daha çox Bakıda keçirir.

İyirmi iki ildir Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru olan Ülviyyə Nadirovanın bu illər ərzində korrupsiya və rüşvət hesabına yığdığı vəsaitlər heç də DTX-nin korrupsiyaya görə həbs etdiyi icra başçılarının, nazir müavinlərinin topladıqlarından az deyil.

İddialara görə Ülviyyə Nadirova büdcə hesabına əldə etdiyi pulları daha çox daşınmaz əmlaka yatırır.

Hazırda onun Bakıda yeni inşa edilən binalarda dəyəri yüz min manatlarla ölçülən lüks mənzilləri var.

Ülviyyə Nadirovanın Göygöl rayonunun Hacıkənd qəsəbəsində, Gəncə şəhərində və Daşkəsən rayonunda da mülklərinin olduğu bildirilir.

Qarşı tərəf yazıya mövqe bildirə bilər. //AzFakt.com//

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər