Gündəm

Eldar Mahmudovun “sağ əli” ilə bağlı gizli göstəriş - hökmün icrasını kim əngəlləyir?

Zərərçəkən: “İcraçı Erol Kazımlı açıq-aşkar deyir ki...”
“Yasamal İcra və Probasiya Şöbəsində kiminsə göstərişi Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarından üstündür. Məhkəmə icraçısı Erol Kazımlı açıq-aşkar deyir ki, mənə rəis göstəriş verib ki, Mövlam Şıxəliyevgilin, Sahib Ələkbərovun işi üzrə hər hansı bir icra işi görmə, icra işi dayandırılsın”. “MTN işi” üzrə zərərçəkənlərdən olan Qulam Bağırov belə deyir.
“Yeni Müsavat”a müraciət edən zərərçəkən bildirib ki, 2023-cü ilin aprel ayında Bakı Apelyasiya Məhkəməsi Mövlam Şıxəliyev, Sahib Ələkbərov və digər iki şəxsin cinayət işi üzrə qərar verib: “Həmin qərarla bir daha təsdiqləndi ki, MTN-in keçmiş şöbə rəisi Sahib Ələkbərov Mövlam Şıxəliyevin rəhbərliyi altında, mütəşəkkil cinayətkar quldur dəstə şəklində mənə qarşı cinayət törədiblər. 2009-cu ildə məni qanunsuz olaraq həbs ediblər, həbsdə olduğum dövrdə yaşlı anamı aldadaraq mənim ölüm ayağında olduğumu bildiriblər. Bunu edən birbaşa Sahib Ələkbərov olub. Anam məcbur olub mənim ailəmi 2 azyaşlı övladımla bərabər öz evinə köçürüb mənim evimi, maşınımı, bütün ələ gələn əmlakımı sataraq 135 min dollar pul toplayıb. Həmin pulu Sahib Ələkbərov ailəmdən alandan sonra barəmdə saxta ekspertiza rəyi verilib ki, guya ağır xəstəyəm. Həmin rəyə istinad edib məni zaminə buraxıblar. Üstəlik, qondarma ittiham üzrə barəmdə məhkəmə hökmünün çıxmasına nail olublar.
Mən həbsdən azad olandan sonra mənə qarşı cinayət törədilməsindən şikayət etmişəm. Lakin Eldar Mahmudov vəzifədə olduğu müddətdə şikayətimə baxan olmayıb. 2015-ci ildə cənab Prezident İlham Əliyev MTN-dəki cinayət yuvasını darmadağın edəndən sonra şikayətim üzrə araşdırma başladı, Mövlam Şıxəliyev başda olmaqla Sahib Ələkbərov və digərləri istintaqa cəlb olundular, həbsə alındılar. Mən zərərçəkən qismində tanındım. Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev, Sahib Ələkbərov və digərlərinin cinayət işinə baxıldı və barələrində ittihamedici hökm çıxarıldı. Eyni zamanda mənim Mövlam Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstəyə - özəlliklə Sahib Ələkbərova qarşı 135 min dollarlıq mülki iddiam da tam şəkildə təmin edildi. Bunu Bakı Apelyasiya Məhkəməsi də öz qərarı ilə həmin hökmü və mülki iddiamı qüvvədə saxladı. Bakı Apelyasiya Məhkəməsinin 4 aprel 2023-cü il tarixli qərarında yazılır:
"Zərərçəkmiş şəxs Bağırov Qulam Davud oğlunun mülki iddiası təmin edilməli, 135.000 ABŞ dollar (tutulduğu gün Mərkəzi Bankın məzənnəsi ilə manatla) və iddianın təmin edilmiş hissəsinə mütənasib 519,50 manat dövlət rüsumu təqsirləndirilən Sahib Ələkbərovdan tutularaq Qulam Bağırova qaytarılmalıdır.
Yasamal İcra və Probasiya Şöbəsində isə icraçı Erol Kazımlı deyir ki, rəis göstəriş verib ki, məhkəmənin qərarını icra etmə! Yasamal İcra və Probasiya Şöbəsi məhkəmə hökmünə əsasən cinayətkar elan olunan Sahib Ələkbərova faktiki olaraq havadarlıq edir. Onun məndən cinayət yolu ilə aldığı pulun qaytarılmasını təmin etməkdən qanunsuz şəkildə yayınır. Bu adamlar cənab Prezidentin məhkəmə-hüquq islahatları ilə bağlı sərəncamlarını, çağırışlarını sanki heç eşitməyiblər, prezidentin ardıcıl çıxışlarına məhəl qoymurlar".
Zərərçəkən deyir ki, məhkəmə qərarının qanunsuz şəkildə icra edilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə şikayət təqdim edib: “Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1 (103)-1/2023 saylı 04.04.2023-cü il tarixli qərarı aidiyyəti üzrə təqsirləndirilən şəxs Ələkbərov Sahib Yunis oğlunun qeydiyyatda olduğu Yasamal rayon icra şöbəsinə həvalə olunub. Son qərara əsasən 135 000 (yüz otuz beş min) ABŞ dolları və 519,50 (beş yüz on doqquz manat əlli qəpik) təqsirləndirilən şəxs Ələkbərov Sahib Yunis oğlundan tutulub mənə qaytarılmalıdır. Amma əfsuslar olsun ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icraçısı Erol Kazımlı bu günə kimi mənə ödənişlə bağlı boş vədlər verdi, 11.07.2023-cü il tarixdə isə mənim işimin icrasının dayandırılmasına rəhbəliyi tərəfindən göstəriş verildiyini bildirdi. Səbəbini soruşduqda cavab verə bilmədi. Yasamal Rayon İcra və Probasiya Şöbəsi məhkəmə qərarını qəsdən icra etməməsi, mənim qanuni hüquq və mənafeyimi kobud surətdə pozur. Möhtərəm cənab Prezidentdən xahiş edirəm ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin məhkəmə qərarını icra etməməsi ilə bağlı qanuni tədbir görülməsinə göstəriş verilsin”.


Son xəbərlər

İyul ayının ən şanslı bürcləri

Bu bölgəyə köçən insanlara 30 min avro veriləcək

Prezident “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib

İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ

Türk bayrağını endirərkən vuruldu - İnternet kəsildi

Dağıstanda niqab qadağan ediləcək

Cəlil Nəzərov azadlığını qorusa da, “Qamo”nu itirdi – FOTO

Şirvan şəhərində 13 hektar ərazini Orxan İbrahimov ələ keçirib? -İLGİNC FAKTLAR

Qalmaqallı iş adamı ilə Quba RİH arasında nə baş verir?

Göyçayda məhkəmə hakimi qanunları saymır-Şikayət

“Atlant” İstirahət Mərkəzindən natəmizlik baş alıb gedir – ŞİKAYƏT

Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir

Nail Abdullayev yeni vəzifəyə təyin olundu

Çağırışçıların tibbi müayinəsi nazirliyə keçdi

Paşinyan bunun üçün referendumun keçirilməsini yersiz adlandırdı

Bu istiqamətdə yeni marşrutlar istifadəyə verildi

Bu gündən Rəqabət Məcəlləsi qüvvəyə minib

İlham Əliyev ona general rütbəsi verəcək – İDDİA

"Putinlə danışıqlar mümkündür" - Zelenski

Makronun partiyası ilk turda məğlub oldu

Bu gündən qadınların pensiya yaşı 64 olub

İlqar İsbatov XALQIN DÜŞMƏNİ rolunda… – BUNUN BAŞQA ADI YOXDUR…

Bu liderlər dünya sabitliyini pozurlar

Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir

Kiyevə raket zərbələri endirildi

Agentliyin regional şöbəsində kadr dəyişikliyi

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu oldu

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

İşıqforun qırmızı işığında keçən və "protiv" sürənlərin cərimələri ARTIRILIR

Prezident Belarusla bağlı protokolu TƏSDİQLƏDİ

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bütün xəbərlər