Gündəm

Səfərbərlikdə Eldar Mahmudov AB-HAVASI... -  İLGİNC

MUMtv.az: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat olub. Demokrat.az xəbər verir ki, Tehran Babatov Dövlət Xidmətində rəisin baş köməkçisi vəzifəsinə gətirilib. Bu təyinatı Dövlət Xidmətində kadr islahatı hesab etmək olardı, lakin Tehran Babatovun kimliyi diqqəti fərqli istiqamətə də çəkir.

Tehran Babatov ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) keçmiş rəhbəri Eldar Mahmudovun “kassiri” olmasına dair iddialar olub və bu günə qədər Babatov tərəfindən təkzib olunmayıb. Eldar Mahmudovun təhlükəsizlik xidmətini hansı vəziyyətə saldığı, vəzifəsindən sui-istifadə edərək, quldur sistemi formalaşdırdığı, sahibkarlara qarşı zülmlər etdiyi hər kəsə bəllidir.

Ləğv olunmuş MTN-də Kadrlar Baş İdarəsinin rəis müavini olan, polkovnik Tehran Babatovun da bu prosesdə birbaşa iştirakçı olması xəbərləri vardı. Onun fəaliyyəti haqda yayılan məlumatlarda bildirilir ki, Tehran Babatov MTN-ə işəgötürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı rüşvət toplayıb. Hətta rüşvətin məbləği ilə bağlı da konkret rəqəmlər yayılırdı. Misal üçün, MTN-ə işə qəbul üçün 70 min dollar, paytaxtdan kənardakı şöbələrə qəbul üçün 50 min dollar, Akademiyaya qəbul üçün 150 min dollar rüşvət alınıb.

Əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləyən Tehran Babatov nöqsanlarına görə vəzifəsindən azad edilib. 2004-cü ildə isə Eldar Mahmudov tərəfindən MTN-nə gətirilərək, Kadrlar Baş İdarəsinə şöbə rəisi vəzifəsinə təyin edilib.

Tehran Babatovun keçmişi və əməlləri haqda yayılan bu məlumatlar onun dövlət strukturları üçün yararsız kadr olduğunu göstərir. Keçmiş MTN işi əslində bunu demək üçün tutarlı faktdır və bəllidir ki, Eldar Mahmudovun “kassiri” olmuş şəxsdən nə dövlətə, nə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xeyir gəlməz.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudov nazir vəzifəsində olarkən ətrafına topladığı kadrlardan şəxsi maraqlarının təminində istifadə edib: “Bu gün həmin kadrlarla bağlı istintaq hərəkətləri yoxdursa, bu o demək deyil ki, bu məsələ heç zaman araşdırılmayacaq. Milli Təhlükəsizlik Nazirliyi cənab prezident tərəfindən 2015-ci ildə ləğv olunub. MTN ləğv olunandan sonra orada Eldar Mahmudovun yaratdığı quldur yuvası ilə bağlı cinayət işləri başlanıb və bəzi cinayət işləri bu günə qədər yekunlaşaraq məhkəmələrə göndərilib. Bəziləri isə hələ də araşdırılmaqdadır. Məsələn, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev 2015-ci ildə vəzifəsindən uzaqlaşdırılmışdı, lakin onu 2021-ci ilin aprelində həbs olundu. Onunla bərabər Baş İdarənin daha 3 şöbə müdiri də qandallandı. Yəni MTN-dəki quldur yuvası dağıdılandan 6 il sonra Mövlam Şıxəliyev və digər 3 işçisi həbsə alındılar. Məlum oldu ki, bu şəxslərin barəsində MTN ləğv olunandan sonra cinayət işi başlanıb, əmlaklar üzərinə həbs qoyulub. Belə cinayət işlərinin MTN digər vəzifəli şəxsləri barəsində də davam etdirilməsi şübhəsizdir. Eldar Mahmudovun özünü 2 dəfə Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsində dindiriblər. Kimsə düşünməsin ki, Eldar Mahmudovla bağlı istintaq aktiv fazaya keçməyəcək. İstintaq qısa bir zamanda yenilənə və Eldar Mahmudov da daxil olmaqla bir çox MTN vəzifəliləri həbs alına bilərlər”.

Hüquqşünas deyir ki, vaxtilə MTN-də çalışmış kadrların hamısının qanunsuzluqlarda iştirak etməsini də söyləmək olmaz: “Elə kadrlar olub ki, Eldar Mahmudovun qanunsuzluqlarına qol qoymayıblar, zabit şərəfini, xalqın, dövlətin mənafeyini qoruyublar. Həmin kadrlar peşələrinə xəyanət etməyiblər, bu gün də xalqımıza, dövlətimizə sədaqətlə xidmət edirlər. Bununla belə Eldar Mahmudovun quldur dəstəsinə daxil olmuş, Azərbaycan vətəndaşlarına qarşı cinayətlər, qanunsuzluqlar etməklə var-dövlət qazanmış kadrlar da az olmayıb. Belələri xüsusi xidmət orqanlarından uzaqlaşdırılsalar da, çox təəssüf ki, digər dövlət orqanlarında işə götürülürlər. Hətta Mövlam Şıxəliyevlə bərabər qandallanan Sahib Ələkbərovla Yasin Məmmədov Azərbaycan Vəkillər Kollegiyasına da üzv ola bilmişdilər. Təsəvvür edin, bu adamlar illərlə vətəndaşlara qarşı cinayət ediblər, hüquqlarını pozublar, işdən biabırçı şəkildə çıxarılandan sonra hansısa yollarla Vəkillər Kollegiyasına üzv ola bilmişdirlər. Düzdür, barələrində ittihamedici hökm çıxarılandan sonra Vəkillər Kollegiyasından da uzaqlşdırıldılar. Ona görə də dövlət qurumlarının rəhbərləri Eldar Mahmudovun mütəşəkkil cinayətkar quldur dəstəsində olmuş kadrları işə götürməkdən çəkinməlidirlər”.//Yeni Müsavat

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər