Gündəm


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki mütəşəkkil cinayətkar dəstənin azadlıqda qalan əsas simalarından biri - Mövlam Şıxəliyev, nəhayət, həbs edildi.

Azərbaycan dövlətçiliyinə, vətəndaşların hüquq və azadlıqlarına qəsddə bulunan bu dəstənin cinayətləri o qədər sensasion, dövlət adına ləkə oldu ki, ölkə rəhbərliyi "MTN” adında nazirliyi belə ləğv etmək məcburiyyətində qaldı.

MTN-nin ləğvindən 5 il keçməsinə, bu qurumdan 20-yə yaxın vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq, nazirliyin İstintaq Baş İdarəsinin rəisi general Mövlam Şıxəliyev azadlıqda qala bilmişdi.

Baxmayaraq ki, MTN cinayətlərinin qurbanl olan vətəndaşlar uzun zamandır onun da cəzalandırılmasını tələb edirdi.

Mövlam Şıxəliyevlə bərabər bu ölkədə cinayət məsuliyyətinə cəlb olunmalı olan hələ bir çox adamlar azadlıqda qalıb.

Bunlar o şəxslərdir ki, illərlə Eldar Mahmudovun cinayətkar qruplaşmasının əsas simaları olub və ağır cinayətlərdə iştirakçı olublar.

Onlar arasında baş prokurorun sabiq birinci müavini Rüstəm Usubov da var.

Bu o, Usubovdur ki, MTN-nin şərlədiyi insanların həbsinə birbaşa təqdim verib.

Bu o adamdır ki, MTN-nin şərlədiyi insanların saxta ittiham aktını imzalayıb.

Baş Prokurorluqda çalışan hər kis bilir ki, gözünü qan örtmüş, hüquqa tüpürən, vəzifəsinin məsuliyyətini anlamayan Rüstəm Usubov qarşısına qoyulan ittiham aktlarını oxumadan imzalayırdı.



Onun MTN cinayətlərinə şərikliyi barədə danışılanları eşidəndə beynimdə bir sual yaranırdı:

Görəsən, o doğrudanmı Ana südü, yoxsa canavar südü əmib?

Qısası, MTN cinayətlərinin qurbanı olan hər kəs bu gün Rüstəm Usubovun da həbsini gözləyir.

Ölkənin yeni Baş Prokuroru Kamran Əliyevə edilən müraciətlərin birinin araşdırılması kifayyətdir ki, Rüstəm Usubovun ətrafa nifrət ifadə edən və qan daman gözləri dəmir barmaqlıqlar arasından boylansın.

Bu gün Eldar Mahmudovun tör-töküntüləri MTN-nin varis qurumundan təmizlənibsə (bir-iki adamın qalması istisna deyil-P.H) eyni addımlar Baş Prokurorluqdan və məhkəmə sistemindən də atılmalıdır.

Eldar Mahmudovun nazir olduğu dövrdə Baş Prokurorluğun MTN-də İstintaqa Nəzarət İdarəsinin fəaliyyəti formal olub.

Bu idarənin rəisi, onun prokurorları MTN-dəki istintaqlarla maraqlanmağa cəsarətləri çatmayıb. İradəsiz, qorxaq Baş Prokuror Zakir Qaralovun özü də Eldar Mahmudov qarşısında ikiqat əyilirdi.

Azərbaycanda heç kəsə sirr deyil ki, Eldar Mahmudovun hakim korpusuna yerləşdirdiyi xüsusi hakimləri vardı.



Novruz Kərimov, Eldar İsmayılov, Faiq Qəniyev kimi hakim adına ləkə olan bu adamlar MTN-nin şərlədiyi şəxslərin işinə baxırdı və bilə-bilə qanunsuz hökm çıxarmaqla daha bir cinayətə imza atırdılar.

O cinayət ki, dövlətin adından törədilirdi.

Özlərini o qədər cəzasız mühitdə hesab edirdilər ki, qanun, ədalət anlayışı onlar üçün ölmüşdü.

Onlar kimi vicdan hissini unutmuş, qanunçuluğa tüpürən adamların əməlləri nəticəsində on minlərlə vətəndaşın dövlətə olan inamı da sarsılmışdı.

Dostoyevskinin məşhur "Ədalətsizliklər arasında ən dözülməsi, qanun adı altında törədilənlərdir” fikri Azərbaycan reallıqlarının tam ifadəsidir.

Əgər doğrudan da Azərbaycan hakimiyyəti MTN cinayətlərinin hərtərəfli və obyektiv araşdırılmasında maraqlıdırsa, o zaman Eldar Mahmudovun özü başda olmaqla, prokurorluq və məhkəmə hakimiyyəti orqanlarına yerləşdirdiyi bu adamlar da həbs olunmalıdır.

Pərviz Həşimli //moderator.az//

Son xəbərlər

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Bütün xəbərlər