Gündəm

MTN-də 8 milyonluq “şərti iş” - Generalın məhkəməsində yeni faktlar

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev, idarənin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir.

"MUMtv.az" qaynarinfo-ya istinadla xəbər verir ki, növbəti prosesdə zərəçəkmiş Elşən Mədətovun epizodu üzrə şahid Hikmət Şükürov ifadə verib.

MTN-də 50 min manatlıq rəy

2008-ci ildə MTN-ə aparılan Elşən Mədətovdan 250 min dollar alınıb. Hazırda təqsirləndirilən şəxs statusunda olan, o zaman MTN-də şöbə rəisi vəzifəsində çalışan Vüsal Ələkbərov tələb olunan məbləği verməyəcəyi təqdirdə ona "ölüm iynə”si vurulacağını deyib. Bundan sonra Elşən Mədətov əmlaklarını satmağa başlayıb. Şahid Hikmət Şükürov həmin əmlaklardan dəyirman və restoranı alıb.

Məhkəmədə Hikmət Şükürov bildirib ki, 120 min manat verməklə Elşən Mədətovdan 2 əmlak alıb. Sonradan söhbətlərdən bilib ki, Elşən Mədətov MTN tərəfindən tutularaq azad edilib.

Şahid ifadəsini yekunlaşdırandan sonra zərərçəkən Hüseyn Səfərov vəsatətlə çıxış edib. O, Mövlam Şıxəliyevlə yanaşı, ailə üzvlərinin də istintaqa cəlb edilməsini istəyib:

"Məhkəmə prosesində də, istintaq zamanı da müəyyən olunub ki, bizdən alınan əmlaklar, pullar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına keçirilib. Onun ailə üzvləri cinayət yolu ilə əldə olunan əmlakların leqalizasiyasında, izlərinin itirilməsində birbaşa iştirak ediblər”.

Zərərçəkən buna görə Mövlam Şıxəliyevin ailə üzvlərinin də istintaqa cəlb olunmasını istəyib. Hüseyn Səfərov vəsatətini yazılı şəkildə məhkəməyə təqdim edib.

Bundan sonra iş üzrə zərərçəkən şəxs Zeynalov İbrahim Məhəmməd oğludan 10 milyon dollar rüşvət alınması epizodu araşdırılıb. Yataq xəstəsi olan İbrahim Zeynalovu prosesdə oğlu İlqar Zeynalov nümayəndə qismində təmsil edib. O, həm də iş üzrə şahiddir.

Bu epizod üzrə ilkin olaraq "Ümid-İ” MMC-nin direktoru Qüdrət Baloğlanov şahid qismində ifadə verib. Bildirib ki, İbrahim Zeynalovun həbsindən sonra Yasin Məmmədov onu ekspert kimi işə cəlb edib:

"Yasin Məmmədov məndən İbrahim Zeynalovun rəhbərlik etdiyi müəssisənin torpaqlarının onun dediyi kimi qiymətləndirilməsini tələb edirdi. Mənə 2 qapı göstərirdi. Deyirdi ki, ya MTN binasından çıxış qapısına tərəf gedəcəksən, ya da bu biri qapıya - İstintaq təcridxanası tərəfə. Məni məcbur etdi ki, istədiyi kimi rəy verim”.

Şahid deyib ki, Yasin Məmmədov onun adından İbrahim Zeynalovun oğlu İlqar Zeynalovdan 50 min manat rüşvət alıb: "Sonradan bildim ki, mənim rəy verməyimə görə İlqar Zeynalovdan 50 min manat alıb. Ona da deyib ki, guya həmin pulu mənə verib”.

"Mövlam əmimə deyib ki, cinayət işinin yiyəsi odur”

Təqsirləndirilən şəxs Yasin Məmmədov isə şahidin dediklərini təkzib etməyə çalışıb. Bundan sonra eyni epizod üzrə Məmmədağa Cəfərov, Zabil Cəfərov, Səbuhi Cəfərov, Balabəy Hacıyev, Camal Hacıyev, Rövşən Cəfərov, Ələkbər Cəfərov və Rahil Abbasov şahid qismində ifadə veriblər.

83 yaşlı Rahil Abbasov İbrahim Zeynalovun bacanağıdır. O, məhkəmədə deyib ki, İbrahim Zeynalov həbs olunandan sonra ondan 10 milyon dollar tələb olunub:

"Qohum-qardaş pul yığmağa başladı. İbrahim həmin günlərdə "NKVD”də saxlanılırdı. "NKVD” onun başına oyun açırdı. O zaman mənim 14 min manat pulum vardı. İbrahimin oğlu İlqarı çağırdım, pulu ona verdim. Bir müddət sonra İbrahimi həbsdən azad etdilər”.

Bundan sonra İbrahim Zeynalovun nümayəndəsi olan oğlu, iş üzrə şahid İlqar Zeynalov ifadə verib:

"19 dekabr 2008-ci ildə atamı MTN-ə apardılar. 10-15 gün sonra mənə zəng elədilər. Özünü Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi kimi təqdim edən şəxs "sabah saat 10-da MTN-ə, Yasin Məmmədovun yanına gəl” dedi. Növbəti gün MTN-ə getdim, məni Yasin Məmmədovun otağına apardılar. Təxminən yarım saat məni sorğu-sual elədi. Bundan sonra otağına çağırdığı bir nəfər müstəntiqə tapşırdı, o da məni öz iş otağına aparıb dindirdi və sərbəst buraxdılar. 10-15 gün sonra atamın vəkili bir məktub gətirdi. Məktubda "50 min” sözü yazılmışdı. Bunun nə demək olduğunu soruşdum. Vəkil dedi ki, atan mənimlə görüşəndə dedi ki, İlqara denən bu məbləği təcili versin Yasinə, əgər verməsə, şirkətdə mühasib işləyən Qüdrəti tutacaq. Məktubda xətt atamın deyildi deyə, pulu vermədim. İki gün sonra vəkil mənə daha bir məktub verdi. Həmin məktubda "dediyim şeyə əməl elə” yazılmışdı. Xətt atamın idi. Məktubu alandan az sonra Yasin Məmmədovun telefonundan zəng gəldi. Danışan atam idi. İki kəlmə söz dedi: "Pulu çatdır”. Telefon söndürüldü. Bundan sonra zəng elədim, Yasin dedi ki, gəl nazirliyin arxa qapısının yanında poliklinika var, orada dayan, gözlə, sənə yaxınlaşacaqlar. O zaman evin birini satmışdım. Həmin puldan 50 min manat sellofan torbanın içrinə qoyub Yasinin dediyi yerə getdim. Ona yenidən zəng elədim. 20 dəqiqə sonra əynində qara rəngli kostyum olan arıq bədən quruluşlu, təxminən 30-35 yaşlarında olan, orta boylu bir kişi yaxınlaşdı. İlqar Zeynalov olub-olmadığımı soruşdu. Yasin Məmmədovun göndərdiyi şəxs olduğunu dedi. Maşına otutub 50 min manatı aldı, saydı və maşından düşüb MTN-in arxa qapısına gedib binaya daxil oldu”.

İlqar Zeynalov deyib ki, əmisi Məzahim Zeynalov 2009-cü ilin mart ayının əvvəllərində MTN-in İstintaq təcridxanasında atası ilə görüşüb:

"Əmim gələndən sonra dedi ki, atam arıqlayıb, xəstəliyi daha da ağırlaşıb. "İçəri”də dözə bilmədiyinə görə onu ev dustaqlığına çıxarılmasını istəyir. O günlərdə əmim atama təyin olunan vəkil Qubadın vasitəsi ilə MTN-in Baş İstintaq İdarəsinin rəisi Mövlam Şixəliyevlə görüşmüşdü. Bizə başqa vəkil tutmağa da imkan vermirdilər. Mövlam əmimə deyib ki, cinayət işinin yiyəsi odur, istədiyi zaman atamı buraxa bilər. Əgər İbrahimi buraxmaq fikrinə düşsə, bu barədə Yasin Məmmədova bildirəcək. Həmin söhbətdə əmimə demişdilər ki, Mövlam Şixəliyev Yasin Məmmədova atamın buraxılması üçün tələb olunan məbləği deyəcək, o da bizə bu barədə xəbər verəcək. Oturub Yasin Məmmədovdan xəbər gözləməyə başladıq. Eyni zamanda atamın azad edilməsi üçün pul tələb edəcəklərini başa düşdüm. 31 mart 2009-cu ildə Nərimanov rayonu, Çəmənzəminli küçəsi ev 15, mənzil 8 ünvanındakı mənzilimi 245 min manata satdım. Qalan əmlakların bir qismini də satışa çıxardım”.

"Tapşırdı ki, pulu hissələrə ayırıb qutulara yığım”

İlqar Zeynalov deyib ki, atası həbsdən buraxılmazdan iki ay əvvəl Yasin Məmmədov onunla görüşüb:

"Məni MTN-in arxa qapısına çağırdı. Ora tək getmişdim. Yasin Məmmədov "10 milyon dollar verə bilərsən?” deyə sual elədi. Ona bu qədər pulumuzun olmadığını dedim. 1-2 milyon dollar verə biləcəyimizi söylədim. Yasin bu dəfə "mümkün deyil, 8 milyon dollar verə bilərsən” deyəndə məcbur olub razılaşdım.

Yasin Məmmədov məndən pulu nə vaxt çatdıracağımı soruşdu. Dedim ki, hazırlayıb, zəng edəcəm. Adıma olan "Mercedes Benz” markalı, "S 350” modelli, AZ 10 NZ 002 dövlət qeydiyyat nişanlı avtomobili 50 min dollara, mənə məxsus "Elit kərpic” MMC-ni 650 min dollara, əlimdə olan 200 min dolları, 1 ədəd "Toyota Prado”, 1 ədəd "Mazda X9”, 1 ədəd "Hyundai”, 1 ədəd "Toyota Land Cruiser” markalı maşınları satdım. Bundan başqa rəhmətlik qardaşım İlkin Zeynalov özünə məxsus Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, ev 15 ünvanda yerləşən villanı 420 min dollara, Nəsimi bazarının arxasında olan ünvanını bilmədiyim evi 60 min dollara, M.Qaşqay küçəsində öz adına olan "Qurman” restoranını 215 min dollara və həmin ünvanda olan digər obyekti 60 min dollara satdı. İlkinin qaynatası, sonradan rəhmətə getmiş Mirzağa Əliyev də 600 min dollar borc pul verdi. Rəhmətlik bacım Səbinənin adına olan "Tri Karona” binasında olan üçotaqlı mənzili təxminən 200 min dollara, yeznəm Aslan Əsədovun adına olan "Toyota Prado” markalı, Az 10 OT 028 dövlət qeydiyyat nişanlı maşını 35 min dollara satdıq. Bacım Səbinə 70 min ABŞ dollar pul da verdi. Əmim Məzahim Zeynalov özünə məxsus olan Binəqədi rayonu, 9-cu mikrorayonda olan villasını 700 min dollara satdı, əlavə də 500 min dollar pul verdi. Atamın dostu Aydın İbrahimovdan 2 milyon manat borc pul aldım. Atam həbsdən çıxandan sonra həmin pulun əvəzində yaşadığı özünə məxsus olan villanı Aydına verdi. Neftçala rayonundan olan atamın dostu, sonradan rəhmətə gedən İlyas Panəliyev 450 min dollar borc pul verdi. Atamın dayısı oğlu Cəfərağa Tağıyev 500 min dollar borc pul, əlavə olaraq özünə məxsus olan "Lexus” markalı avtomobili 60 min dollara və "Toyota Prado”nu 40 min dollara satıb pullarını bizə verdi. Bütün əmlakları satdıqdan sonra yenə də pul düzəlmədi. Rəhmətlik anam Böyükxanım Zeynalova özünə məxsus bütün qızıl-zinət əşyalarını, gümüş qabları, suvenirləri Mərkəzi Univermaqda, ayrı-ayrı tanışlara satdı. Evdə olan ehtiyat pulu da əlavə elədik. 20-30 nəfər ayrı-ayrı qohumlardan borc pullar yığdıq. Pul yenə də düzəlmədi. 2009-cu il iyul ayının sonuna qədər çatışmayan 1 milyon 284 min dolları da yığıb düzəltdik. 8 milyon dolları hazır elədim. Yasin Məmmədova zəng edib xəbər verdim. Dedi ki, get "televizor və ya "DVD” aparatlarının qutularına tap, pulu yığ qutulara, götür gəl Milli Təhlükəsizlik Nazirliyinin arxa qapısına”.

Tapşırdı ki, pulu hissələrə ayırıb qutulara yığım və üç gün ərzində hissə-hisə aparıb ona çatdırım. Müxtəlif mağazalardan 8 ədəd nazik ekran televizor qutuları aldım. Hər qutunun içərisinə bir milyon dollar pul yerləşdirdim. Növbəti gün saat 12 radələrində hər birində bir milyon dollar pul olan üç ədəd televizor qutusunu avtomobilmin yük yerinə qoydum və MTN-nin arxa qapısına apardım. Yasin Məmmədova zəng edib bu barədə məlumat verdim.
Yasin "adam göndərəcəm, gəlib götürəcəklər” dedi. 15-20 dəqiqə sonra iki nəfər arıq bədən quruluşlu şəxs yaxınlaşıb Yasin Məmmədov tərəfindən göndərildiklərini dedilər. Üç qutu pulu götürüb nazirliyin qapısından içəri apardılar. Növbəti gün üç qutunu, sonrakı gün isə daha iki qutunu eyni qaydada Yasinə çatdırdım. Bundan sonra Yasinlə əlaqə saxladım, o da "narahat olma, atan sabah buraxılacaq” dedi. 2 avqust 2009-cu ildə Yasin Məmmədov zəng edib dedi ki, gəl atanı apar. 10-15 dəqiqə sonra atamı həbsdən azad etdilər. Sonradan da atamın barəsindəki qondarma cinayət işini məhkəməyə göndərib şərti iş təyin etdirdilər”.

Zərərçəkmişlərdən Zaur Əliyev İlqar Zeynalova dəqiqləşirici sual verib:

- Sizdən tələb olunan puldan əlavə nəsə aldılar?

İlqar Zeynalov sualı belə cavablandırıb:

- Binə qəsəbəsində 4 hektar torpağımız qalmışdı, onu da aldılar. Mövlam Şıxəliyev, onun oğlu Elgün Şıxəliyev və Yasin Məmmədov atam həbsdən çıxandan sonra o yerin üstünə getdik. Aparıb yeri onlara göstərdik, onlara təhvil verib çıxıb getdik. O torpağın sənədi yox idi. Mövlam Şıxəliyev bizə bir neçə şəxsiyyət vəsiqəsi göndərdi, həmin torpağın onun dediyi adamların adına rəsmiləşdirdik. Sonradan bildim ki, Yasin Məmmədov o torpağın bir hissəsində özünə ev tikib".

Bundan sonra proses martın 15-nə qədər təxirə salınıb.

Xatırladaq ki, iş üzrə Baş Prokurorluğun İstintaq İdarəsində 5 ilə yaxın istintaq aparılıb, 32 zərərçəkən müəyyən olunub, dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisi müəyyən olunaraq tanınıb. İstintaq zamanı 36 zərərçəkənə 20 milyon manatdan artıq ziyan vurulduğu təsbit olunub. 4 təqsirləndirilən şəxsdən ikisinin - Mövlam Şıxəliyevlə Yasin Məmmədovun əmlaklarının müsadirəsi üçün üzərilərinə həbs qoyulub. İstintaqın digər 2 təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoymamasının səbəbi bilinmir. Mövlam Şıxəliyevin ümumi dəyəri 7 milyon 738 min 170 manatlıq, Yasin Məmmədovun isə 278 min 600 manatlıq əmlakları xüsusi müsadirəyə təklif olunub. Bu o deməkdir ki, zərərçəkənlərə dəyən ziyanın 12 milyonluq hissəsinin hansı mənbədən ödənəcəyi aydın deyil. Bu baxımdan zərərçəkənlərin təqsirləndirilən şəxslərin əmlaklarının tam olaraq müəyyənləşdirilməsi tələbləri haqlı görünür. Onlar xüsusilə Mövlam Şıxəliyevin əmlaklarının müəyyən olunmasına çalışır, müstəqil şəkildə araşdırma aparırlar. Cinayət işi üzrə proses ötən ilin oktyabrında başlanıb. Açıq keçirilən məhkəmə prosesinə jurnalistlər buraxılmır, proses aylardır ki, qapalı keçirilir.

Son xəbərlər

AQTA bu məhsullara nəzarət edə bilmir – Təhlükəli qidalar təkcə bazarlarda yox, marketlərdə də satılır

Təkcə bir idarəsində 5 milyon YOXA ÇIXIB... - RƏSMİ İTTİHAM

Rusiyada həbs edilən keçmiş deputat Paşinyanı hədələdi

Rusiya bir gündə 6 yaşayış məntəqəsini işğal etdi

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Emin Əmrullayev Türkiyədə görüşlər keçirib

Zakir Həsənov toplantı keçirdi, göstərişlər verdi

XİN rəhbərləri danışıqları davam etdirməklə bağlı razılaşdılar

Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

Britaniyada susuz işləyən su elektrik stansiyası qurulur — Dünyada ilk dəfə

“WhatsApp”ın dizaynı dəyişdi

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

Azərbaycan nefti cüzi ucuzlaşdı

İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi (FOTO)

BMT Təhlükəsizlik Şurası müharibəyə görə toplanacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

İlham Əliyev və birinci xanım “Xarıbülbül” Festivalında iştirak edirlər

Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Bakıda daha bir bina sökülür - VİDEO

Moskvadan Antalyaya gedən sərnişin təyyarəsi Ukrayna üzərindən uçdu

Prezidentin köməkçisi Şuşada baş direktorla memorandum imzaladı

Rusiyanın hərbi bölmələrindən biri Xarkov vilayətinə hücumdan imtina etdi - ATEŞ

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama

Bakının bu ərazisində yeni park salınır

Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Ümummilli lider Heydər Əliyevin 101 illiyi qeyd olunur

Makron seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək

Bu gün Almatıda XİN rəhbərlərinin ikinci görüşü keçiriləcək

Müğənni "Avroviziya"dan qovuldu

Ukraynaya daha 400 milyon dollarlıq paket ayrıldı

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını ALQIŞLADI

"Bundan sonra müharibə olmamalıdır" - Prezident

Bütün xəbərlər